IQNA

Dünən azad edilən türkiyəli din xadimi Alparslan Kuytul yenidən həbs olundu

11:54 - January 26, 2019
Xəbər sayı: 3484583
"Furqan Təhsil və Xidmət Fondu"na qarşı istintaq çərçivəsində azad edilən fondun təsisçi baş sədri Alparslan Kuytul məhkəmə prosesi prokurorunun protesti ilə yenidən həbs olunmasına qərar verilib.

Dünən azad edilən türkiyəli din xadimi Alparslan Kuytul yenidən həbs olunduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Türkiyənin Adana bölgəsində "Furqan Təhsil və Xidmət Fondu"na qarşı istintaq çərçivəsində azad edilən fondun təsisçi baş sədri Alparslan Kuytul və "Furqan" Fondunun sədri Əli Alagöz məhkəmə prosesi prokurorunun protesti ilə yenidən həbs olunmasına qərar verilib.

Qərar Adana Respublika Baş Prokurorluğu məhkəmə prosesi prokurorunun sərbəst buraxılma qərarına dair Adana Məhkəməsinə etirazından sonra qəbul olunub.

Məhkəmə müttəhimlər Alparslan Kuytul və Əli Alagözün təkrarən həbs olunmasına qərar verib. Müttəhimlər həbs olunaraq həbsxananaya aparılıblar. 

captcha