IQNA

Malaziya: Dünya çempionatı Fələstin xalqından əhəmiyyətli deyil!

10:32 - January 28, 2019
Xəbər sayı: 3484595
"Bizim üçün çempionata evsahibliyi etmək Fələstində cinayətkar Netanyahu rejimi tərəfindən qətliam edilən məzlum müsəlmanlardan daha əhəmiyyətli deyil! Malaziya öz vicdanına göz yummayacaqdır"

Malaziya: Dünya çempionatı Fələstin xalqından əhəmiyyətli deyil!İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın İdman və Turizm Naziri 2019-cu ildə bu ölkədə keçiriləcək "Dünya Paralimpik Üzmə Çempionatı"nın ləğv edilməsi barədə açıqlama verərək deyib:

"Bizim üçün "Dünya Paralimpik Üzmə Çempionatı"na evsahibliyi etmək Fələstində cinayətkar Netanyahu rejimi tərəfindən qətliam edilən məzlum müsəlmanlardan daha əhəmiyyətli deyil! Malaziya öz vicdanına göz yummayacaqdır"

Malaziyanın İdman və Turizm Naziri Seyid Sadiq Əbdürrəhman ölkəsinin İsaril idmançılarına "Dünya Paralimpik Üzmə Çempionatı"nda iştirak etməsi üçün Malaziyaya girişinə qadağa qoyulmasına işarə edərək deyib:

"Malaziya xalqı dövlətin Fələstin və eləcə də bütün bəşiriyyət üçün verdiyi qərarı dəstəkləyir".

O vurğulayıb: İsrail idmançılarını Malaziyaya buraxmadığımız üçün İPC (Dünya Paralimpik Çempionatı Komitəsi) bu yarışlara evsahibliyi etmək imtiyazını bizdən aldı. Amma bu məsələ Malaziyanın mövqeyini dəyişməyəcəkdir.

Qeyd edək ki, "Dünya Paralimpik Üzmə Çempionatı" 2019-cu ilin İyul ayının 29-dan Avqust ayının 4-dək Malaziyanın Kuçin şəhərində keçirilməli idi. Amma Malaziya dövləti elan etdi ki, İsrail idmançılarını bu yarışlara buraxmayacaq. Buna görə də İPC dünən (27 Yanvar 2019) bu yarışların keçirilməsinə evsahibliyi etmək imtiyazını Malaziyadan aldı.

http://iqna.ir/fa/news/3784985  

captcha