IQNA

Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) qəbrini ziyarət etdi - FOTO

9:26 - January 30, 2019
Xəbər sayı: 3484605
İslam İnqilabının 40-cı ildönümü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində bu gün səhər Ali Rəhbər  Ayətullah Xamenei mərhum İmamın müqəddəs məqbərəsini ziyarət edib. 
Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) qəbrini ziyarət etdi - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının 40-cı ildönümü , Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində bu gün səhər Ali Rəhbər  Ayətullah Xamenei mərhum İmamın müqəddəs məqbərəsini ziyarət edib. 
 
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları İslam İnqilabının banisinin yüksək məqamını «Fatihə» surəsini oxumaqla əziz tutub. Məzarının yanında Quran oxuyub və namaz qılıb. 
 
Daha sonra Ali Rəhbər “Yeddi Tir” şəhidlərinin məzarını, Hərəm müdafiəçiləri və  “Şəhidlər Gülüstanı”nı ziyarət edərək şəhidlərin pak ruhlarının uca dərəcələrə çatması üçün dualar edib. 
 
 
Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) qəbrini ziyarət etdi - FOTO
captcha