IQNA

17:56 - December 04, 2019
Xəbər sayı: 3486253
Myanmanın baş yepiskopu dövlət rəhbərlərinə səslənərək ölkədə yaşayan azlıqlara qarşı zorakılığın dayandırılması, bütün dinlərin ardıcıllarına və bütün milliyyətlərə hörmətlə yanaşılmasını tələb edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmanın baş yepiskopu dövlət rəhbərlərinə səslənərək ölkədə yaşayan dini və irqi azlıqlara qarşı zorakılığın dayandırılmasını və bütün dinlərin ardıcıllarına və bütün milliyyətlərə hörmətlə yanaşılmasını tələb edib.

Myanmanın baş yepiskopu, kardinal, yangon arxiyepiskopu və Asiya Yepiskoplar Konfransı Federasiyasının prezidenti Çarles (Charles) Maung Bo cari ayın əvvəlində "Agenzia Fides"ə göndərdiyi açıq məktubda dövlət rəsmilərinə səslənərək deyib: Dini və milli azlıqlar əleyhinə zorakılığı dayandırın. Bu gün lazım olan şey ehtiyaclıların qayğısına qalmaqdır.  

O əlavə edib: Mən Myanma rəhbərlərində istəyirəm ki, bütün milliyyətlər və dinlərin ardıcılları ilə dialoq yolunu seçsinlər, zorakılığa son qoysunlar ki, onlar illər davam edən bu savaşa son qoyulsun, yenidən sülh, ədalət və tolerantlığı təcrübə edək.

Qeyd edək ki, 2017-ci ilin Avqust ayının 25-dən Myanmanın Raxin (Arakan/Ruhingiya) vilayətində müsəlmanlara buddistlər və Myanma ordusu tərəfindən hücumlar başlayıb. Bu hücumlar nəticəsində minlərlə müsəlman qətliam edilib, minlərlə insan evindən didərgin düşüb və 350-dən çox kənd bütünlüklə yandırılıb.  

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  son hesabatına əsasən indiyədək Myanmadan qaçaraq Banqladeşin Kakasbazar qaçqın düşərgəsinə sığınmış didərginlərin sayı 725 min nəfəri keçib. Qaçqınların 60 faizini uşaqlar təşkil edir.   

https://iqna.ir/fa/news/3861477/

Teqlər: iqna ، myanma ، kakasbazar ، raxin ، arakan ، ruhingiya
Ad:
E-poçt:
* Comment: