IQNA

17:48 - March 12, 2020
Xəbər sayı: 3486894
Tehran (IQNA) - Hər il bu kanalda keçirilən "İnnə lil-müttəqinə məfaza" beynəlxalq Qurani-Kərim yarışlarına qeydiyyat mübarək Şəban ayının 1-də başlayacaq.

"əl-Kövsər" peyk televiziya kanalı 13-cü beynəlxalq Qurani-Kərim yarışlarına başlayır. Bu barədə "əl-Kövsər" peyk televiziya kanalının maarif şöbəsinin müdiri Seyid Abbas Rəzəvi məlumat verib.

Hər il bu kanalda keçirilən "İnnə lil-müttəqinə məfaza" beynəlxalq Qurani-Kərim yarışlarına qeydiyyat mübarək Şəban ayının 1-də başlayacaq.

Bu televiziya Quran yarışlarına qatılmaq istəyənlər öz tilavətlərini video və ya audio formatında yazmalı və 00989361902906 nömrəli vatsapa göndərməlidirlər.

əl-Kövsər televizya kanalının yarışlarında iştirak etmək istəyənlər əlavə məlumat üçün http://mafazatv.com/ informasiya portalına müraciət edə bilərlər.

Yarışların ilkin mərhələsi mübarək Ramazan ayından əvvəl virtual keçiriləcək. Sonrakı mərhələlər isə mübarək Ramazan ayında televiziya vasitəsi ilə başlayacaq.

Yarışlarda dünyanın müxtəlif ölkələrindən beynəlxalq dərəcəli qarilər hakimlik edəcəklər.

Xatırladırıq ki, keçən ilki yarışlarda final mərhələsində İran, Misr, Əfqanıstan, Livan və İraq nümayəndələri ilk yerləri qazanmışdılar.  

3884680

Ad:
E-poçt:
* Comment: