IQNA

22:53 - April 03, 2020
Xəbər sayı: 3487016
Hindistanın nəzarəti altında olan Cammu Kəşmirdə torpaq alma, yaşayış və işləmə hüquqlarının kənardan Hindistan vətəndaşlarına verilməsini təmin edən yeni qanun yerli sakinlərin narahatlığına səbəb oldu.

Hindistanın nəzarəti altında olan Cammu Kəşmirdə torpaq alma, yaşayış və işləmə hüquqlarının kənardan Hindistan vətəndaşlarına verilməsini təmin edən yeni qanun yerli sakinlərin narahatlığına səbəb oldu.
Əksəriyyəti müsəlman olan yerli əhali qanunun bölgənin demoqrafik quruluşunu dəyişdirmək üçün bir addım olduğunu düşünür.
 
Maide.Az xəbər verir ki, Cammu Kəşmirin Vəkillər Kollegiyasının keçmiş rəhbəri Zafer Şah "Anadolu" agentliyinə açıqlamasında, "yeni qanun Cammu Kəşmirin siyasi, inzibati və iqtisadi qurumlarının tədricən ələ keçirilməsi üçün yol açdı", - deyə bildirib:
 
"Qorxum budur ki, bu dəyişiklikləri geri qaytarmaq olmayacaq. Hakimiyyətə yeni gələn bu kütlə ilə Kəşmir idealına yeni bir zərbə vurulacaq. Hindistanın mərkəzi hökumətinin Ali Məhkəmədə davam edən məhkəmə işinin bitməsini gözləmədən belə bir qərar verməsi səhv addımdır."
 
"Demoqrafiya istilası başladı"
 
Cammu Kəşmirin keçmiş hökumətinin hüquq professoru Şeyx Şövkət, qanunun geriyə doğru tətbiq olunarsa, hazırda Cammu Kəşmirdə yaşayan minlərlə Hindistan vətəndaşının ictimai vəzifələr tutmaq hüququna sahib olacağını söylədi.
 
Bunun əmlak əldə etməsində də eyni olduğuna işarə edən Şövkət, "qlobal epidemiyanın insanları evlərində həbs etdiyi bir dövrdə, demoqrafik işğal başladı", - deyə bildirib.
 
Sövkət dəyişikliklərin xüsusi status əldə edildiyi təqdirdə geri qaytarılmasının mümkün olmayacağını vurğulayaraq, "Hindistan dövləti ictimai idarəetmə sistemlərini aktiv şəkildə ələ keçirir. Bu, ilk növbədə sosial işçilər vasitəsilə edilir",  söyləyib.
 
Bölgənin xüsusi statusu qaldırıldıqdan sonra həbs edilən yerli siyasətçilər arasında olan Şövkət, aylarla həbsdə saxlandıqdan sonra konstitusiya dəyişikliyinin əleyhinə münasibət bildirməmək şərti ilə sərbəst buraxılıb.
 
"Faşizm dadı verir"
 
Müstəqillik tərəfdarı olan Kəşmir Universitetinin İngilis dili professoru Hamide Nayim də epidemiyaya görə məcburi karantin tətbiq olunduğu bir dövrdə qəbul edilən qanunun "faşizm dadı" verdiyini deyib.
 
Nayim, yeni növ koronavirus epidemiyasının tələb olunduğu karantin şərtlərinin 8 aydır kəşmirlilərə tətbiq edildiyini bildirərək, dünyanın buna səssiz qalmaması lazım olduğunu deyib: "Bu, apokalipsis döyüşüdür. Müstəqil bir müsəlman etnik qrup olaraq yaşamaq üçün son döyüşümüzdür. Tarix bu dönəmdəki vəziyyətə müdaxilə etməyən dünyanı unutmayacaq."
 
Yerli siyasi partiyalar da tənzimləməyə qarşıdırlar
 
Digər tərəfdən bölgədə fəaliyyət göstərən siyasi partiyalar da qanuna qarşı fikirlərini bildirib.
 
Yeni qurulmuş Apni Partiyasının lideri, Cammu Kəşmirin keçmiş dövlət statusunun bərpası və torpaq və yaşayış hüquqlarının qorunması tərəfdarı olan Eltaf Buhari mətbuata verdiyi açıqlamada tənzimləmə müddətinin təəccüblü olduğunu ifadə edərək, "bu, cəmiyyətin ümidlərini nəzərə almayan adi bir bürokratik qənaətdir", - deyib.
 
Bölgəni 1953-cü ilə qədər muxtariyyətə qayıtmağa təşviq edən Milli Konfrans Partiyasının verdiyi yazılı açıqlamada, tənzimləmə "pis zarafat" adlandırılıb və "bunun səbəb olacağı demoqrafik dəyişikliklər narahatlıq yaradır" ifadəsi işlədilib.
 
Xüsusi statusun çıxarılması
 
Avqustun 5-də qəbul edilmiş konstitusiya dəyişikliyi ilə Hindistan Cammu Kəşmirin xüsusi statusunu ləğv edərək dövlət idarəsini ləğv etdi və bölgəni mərkəzə bağlı iki ayrı əraziyə böldü.
 
Konstitusiya dəyişikliyindən əvvəl Hindistanın mərkəzi hökumətinə bağlı bir dövlət olan Cammu Kəşmirin öz konstitusiyası, bayrağı və öz qanunlarını hazırlamaq hüququ olan xüsusi statusu var idi. Dəyişiklikdən əvvəl, dövlət vəzifələrini tutmaq, bölgədəki torpaq və əmlaka sahib olmaq hüququ yalnız 1954-cü ildən əvvəl bölgədə doğulmuş "yerli" insanlara verilmişdi.
 
"Yerləşmə" aranjımanı
 
15 ildir Cammu Kəşmirdə yaşayan Hindistan vətəndaşlarına "daxili" statusu verilməsini və bölgədə torpaq, yaşayış və iş verilməsini təmin edən tənzimləmə, çərşənbə axşamı "Rəsmi Qəzet"də dərc edildi.
 
Dövlət tərəfindən maliyyələşdirilən immiqrantlar və ən azı 10 il dövlət idarələrində işləmiş Hindistan vətəndaşları və ailələri də tənzimləməyə daxil edilmişdir.
Ad:
E-poçt:
* Comment:
* captcha: