IQNA

8:57 - June 10, 2020
Xəbər sayı: 3487377
Tehran (IQNA) -  Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu ölkənin qədim və tarixi abidəsi olan Ayasofiya muzeyi barədə Yunanıstanın iradlarına cavab verib.

Ərdoğan bildirib ki, Ayasofiya muzeyinin istifadə predmetinin dəyişməsi və məscid kimi istifadəyə verilməsi məsələsi ali məhkəminin qərarından asılıdır.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: İstambulun hazırda muzey kimi fəaliyyət göstərən Ayasofiya tarixi abidəsi dünyanın mədəni irsi sayılır. Bu abidənin hansı məqsədlə istifadə edilməsi Türkiy cümhuriyyətinin səlahiyyətindədir və Yunanıstanın bu barədə fikir bildirmək haqqı yoxdur.

TRT televiziyasına müsahibə verən Ərdoğan əlavə edib: Türkiyə dövlət şurası və ali məhkəməsi İyul ayının 2-də Ayasofiyanın məscid kimi fəaliyyət göstərməsi barədə nəzərini açıqlayacaq.

Türkiyə prezidenti vurğulayıb: Yunanıstan deyir ki, Ayasofiyanı məscidə çevirməyin. Türkiyəni sizmi idarə edisiniz?! Əgər belə bir addım atılacaqsa, bu barədə məsuliyyət daşıyan insanlar məlumdur. Türkiyə dövlət şurası bu barədə qərar verəcək və ondan sonra lazım olan işlər görüləcək.

Qeyd edək ki, Ayasofiya 900 ildən çox Yunanıstanın Ortodoks xristianlarının kilsəsi olmuşdur. Osmanlı imperiyası 1453-cü ildə İstambulu fəth etdikdən sonra bu abidə məscidə çevirilir. Müasir Türkiyənin ilk dövlət başçısı Mustafa Kamal isə Ayasofiyanı muzeyə çevirir. Ərdoğan isə neçə illərdir ki, bu tikilini yenidən məscidə çevirmək istəyir. 3903964

Teqlər: ayasofiya ، məscid ، muzey
Ad:
E-poçt:
* Comment:
* captcha: