IQNA

2:13 - June 16, 2020
Xəbər sayı: 3487415
Səudiyyədə “Müctəhid” adı ilə yazan və bu ölkədə hökmranlıq edən sülalənin daxilindəki çaxnaşmaları ifşa edən fəal, Yəmənin şərqində Səudiyyə rejiminin gizli bir həbsxanası olduğunu açıqlayıb.

Səudiyyədə “Müctahid” adı ilə yazan və bu ölkədə hökmranlıq edən sülalənin daxilindəki çaxnaşmaları ifşa edən fəal, Yəmənin şərqində Səudiyyə rejimi hərbçilərinin nəzarəti altındakı Hadramaut şəhərində gizli bir həbsxana olduğunu və yəmənli məhbuslara qarşı geniş qanun pozuntularının edildiyini açıqlayıb.

“Müctəhid” adı ilə yazan fəal tvitində bunları qeyd edib: “Səudiyyə rejiminin qüvvələrinin Yəməndə idarə etdiyi bir həbsxanada keçmiş məhbuslardan reportaj hazırladım.

1-Bu həbsxananın mövcudluğu və içindəki hadisələri gizlədilir.

2-Saxlanılma və həbsin əsaslandırılması insan hüquqlarının pozulmasıdır.

3-Həbsxana şəraiti və xidmətləri heyvanlar üçün belə uyğun deyil.

4-Həbsxana Səudiyyə rejimi, Yəmən və ya beynəlxalq məhkəmənin nəzarəti altında deyil.

Müctahid növbəti tvitində isə bunları deyib: “Bu həbsxanada yüzlərlə və bəlkə də minlərlə insan saxlanılır, bəziləri işgəncə altında ölmüş, digərləri əlil olmuşlar. Saxlanılanların əksəriyyəti şübhəlinin qohumları və tanışlarıdır. Məruzəni qəbul edənlər insan haqları təşkilatlarına, beynəlxalq parlamentlərə və beynəlxalq məhkəmələrə müraciət edərək Səudiyyə rejiminin ordusunu beynəlxalq monitorinq aparmağa məcbur edirlər.

Keçən il Sam insan haqları təşkilatı da Səudiyyə rejiminin koalisiyasının nəzarəti altında Əl-Tin həbsxanası kimi tanınan Hadramautda gizli bir həbsxana olduğunu bildirmişdi.

Təşkilatdan verilən məlumata görə, saxlanılanlara işgəncələr verilir və qeyri-insani rəftara məruz qalırlar. 3905013

زندان شکنجه مخفیانه وابسته به عربستان سعودی در یمن

زندان شکنجه مخفیانه وابسته به عربستان سعودی در یمن

 

Ad:
E-poçt:
* Comment:
* captcha: