IQNA

11:20 - June 29, 2020
Xəbər sayı: 3487505
Brüsseldə, İsrailin işğal etdiyi Qərb Sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin tikintisinə və işğalçı rejimin fələstin torpaqlarına dair yeni "ilhaq" planına qarşı  etiraz aksiyası keçirilib. 
Brüsseldə, İsrailin işğal etdiyi Qərb Sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin tikintisinə və işğalçı rejimin fələstin torpaqlarına dair yeni "ilhaq" planına qarşı  etiraz aksiyası keçirilib. 
Maide.Az “Anadolu”agentliyinə istinadla xəbər verir ki,  ABŞ-ın Brüsseldəki səfirliyi yaxınlığındakı Trone Meydanına toplaşan yüzlərlə fəal və bir çox  insan haqları təşkilatı üzvləri işğalçı İsrail rejim əleyhinə şüarlar səsləndirib. 
Etiraz aksiya iştirakçıları  üzərində "Yaşasın Fələstin", "Fələstin torpaqlarının ilhaqına yox", "Fələstin əziyyət çəkir" və "Müqavimət göstər Fələstin" yazılmış plakatlar daşıyıb.  Etirazçılar işğalçı İsrail rejiminə qarşı sanksiyalar tətbiq etməyi tələb edib. 
Polis əllərində Fələstin bayraqları daşıyan nümayişçilərin ətrafında sıx təhlükəsizlik tədbirləri görüb. 
Qeyd edək ki, İsrail yaxın zamanlarda işğal edilən İordan çayının qərb sahilindəki İordan vadisinin və sonradan salınan 121 massivin üzərində suverenliyini elan etməyi planlaşdırır. Adıçəkilən ərazilər ABŞ prezidenti Donald Trampın "Əsrin Sazişi" planında da İsrailin ərazisi kimi təqdim edilib.
 
 
 
 
 
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: