IQNA

9:12 - July 24, 2020
Xəbər sayı: 3487715
BMT-nin yardım agentlikləri, o cümlədən UNİCEF və FAO Yəməndəki qida çatışmazlığına dair ortaq bir hesabatda xəbərdarlıq etdilər.

Səudiyyə koalisiyası və BƏƏ Yəmənə qarşı hərbi təcavüzünü davam etdirdiyindən, beynəlxalq təşkilatlar Yəməndə ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib.

Ölkənin cənubunda kəskin qida çatışmazlığı riski yaşayan yəmənlilərin sayının indiki 2 milyondan 3,2 milyona qədər artması ehtimalı var. Məlumata görə, Yəmən dünyada ən böyük qida böhranı ilə üz-üzədir.

Yəməndə beş ildən çox davam edən müharibədən əlavə, korona virusu ilə bağlı qoyulan məhdudiyyətlər, iqtisadi sarsıntılar, hərbi münaqişə, xarici yardımın azalması, çəyirtkə hücumları və daşqınlar ərzaq böhranını daha da artırdı.

Dünya Qida Proqramının Yəmən bölməsinin direktoru Lauren Bukra Əl-Cəzirə-yə bildirib: “Yəmən bir neçə cəbhədə böhran yaşayır. Yəməndəki ərzaq və humanitar böhranı həll etmək üçün İndi hərəkət etməliyik.”

BMT-nin Yəmən üzrə humanitar əlaqələndiricisi Liz Grand da Yəmən bir daha qida təhlükəsizliyi böhranının astanasında olduğunu deyib. /sizinyol/

BMT-nin Humanitar Məsələlər Üzrə Koordinasiya İdarəsinin məlumatına görə, 24 milyon yəmənli və ya ölkə əhalisinin 80 faizi yardım və müdafiəyə ehtiyac duyur.

Teqlər: Yəmən ، BƏƏ ، Səudiyyə ، Səna ، koalisiya
Ad:
E-poçt:
* Comment:
* captcha: