IQNA

İslamofobiya ilə mübarizə kampaniyası; Quranın yandırılmasına etiraz

10:36 - September 02, 2020
Xəbər sayı: 3488031
Tehran (IQNA) -  Misrin əl-Əzhər İslam Elmləri Mərkəzinin İslami Araşdırmalar Birliyi İsveçdə Qurani-Kərimin sağçı radikallar tərəfindən yandırılmasına etiraz olaraq kampaniya başladıb.

İslamofobiya ilə mübarizə məqsədi ilə başladılan kampaniya İngilis dilində sosial şəbəkələrdə "Islam that they do not know" (Onların bilmədiyi və tanımadığı İslam) devizi ilə keçirilir.

Bu kampaniyanın məqsədi bəzi Qərb ölkələrində İslam və müsəlmanlar barədə zehnlərdə yaranmış yanlış təssəvvürü, hansıki həmin təsəvvür insanların İslamın müqəddəslərini təhqir etməsinə və müsəlmanlara qarşı kin və nifrət bəsləməsinə səbəb olur, ilsah etməkdir.

Kampaniya çərçivəsində İslam, Quran, Peyğəmbər (s) və digər İslami şəxsiyyətlərin müxtəlif irqə və dinlərə qarşı mötədil, tolerant və humanist mövqeyi insanlara izah ediləcəkdir. /3920273

captcha