IQNA

9:20 - September 06, 2020
Xəbər sayı: 3488055
Ayətullah Şeyx İsa Qasım Məhərrəmlik münasibətilə çıxış edərək, bir çox yezidilərə qarşı çıxan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin zamanın Hüseyni (ə) olduğunu bildirib.

Bəhreyn inqilabının lideri və bu ölkədə Əhli-beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım Məhərrəmlik münasibətilə çıxış edərək, bir çox yezidilərə qarşı çıxan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin zamanın Hüseyni (ə) olduğunu bildirib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Ayətullah Şeyx İsa Qasım Zəncan vilayətində Məhərrəmlik münasibətilə etdiyi çıxışında, bu gün İslami İranın vəliyi fəqih rəhbərliyindən faydalandığını və onun köməyi və vilayətinin İmam Hüseynin (ə) köməyi və vilayəti olduğunu bildirib: “Aşura yaxınlaşdıqca ağlımızda zamanımızda və əsri-qeybdə ədalətli, səriştəli və bəsirətli bir fəqihin rəhbərliyində təzahür edən Allahın razılığına səbəb olan dinin müdrik rəhbərliyini dərk etməyin vacibliyini başa düşürük.

Bu gün İslami İranın vəliyi fəqih rəhbərliyindən faydalanır və onun köməyi və vilayəti İmam Hüseynin (ə) köməyi və vilayəti kimidir...O, bu gün dünyada minlərlə Yezidin (lən) qarşısında dayanan Hüseyndir (ə).

Məhərrəm əllərimizi Hüseynin (ə) əlinə qoymaq üçün bir sınaqdır, yoxsa Yezidin (lən) əlinə? Bizim peşəmiz Hüseynin (ə) peşəsidir, yoxsa Yezidin (lən) peşəsi? Hüseyn (ə) Allahın, Yezid (lən) isə şeytanın hamilərindən biridir. Hər kəs ki, Hüseyin (ə) vilayətini qəbul edir, Hüseynin (ə) rəhbərliyi ilə razı olan şəxsin vilayətini də qəbul etməlidir. Yezid (lən) vilayətini qəbul edən hər kəs, Hüseynin (ə) vilayəti və Hüseynin (ə) vilayətini qəbul edən şəxsin vilayəti ilə müharibəyə girmişdir”.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: