IQNA

9:52 - September 20, 2020
Xəbər sayı: 3488149
2019-cu ildə 22 ay həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılan "Furkan" vəqfinin qurucusu Alparslan Kuytul barəsində yenidən həbs qərarı verildi.

2019-cu ildə  22 ay həbsdə saxlanıldıqdan sonra  azadlığa buraxılan  "Furkan" vəqfinin qurucusu Alparslan Kuytul barəsində yenidən həbs qərarı verildi. 
Maide.Az “furkanhaber” saytına istinadla xəbər verir ki,  İskəndərun Məhkəməsi tərəfindən 4 il əvvəl baş verən hadisə ilə əlaqədar  A.Kuytul fərqli ittihamlarla ümumilikdə 4 il 9 ay 15 gün həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, 2016-cı ildə "Furkan" vəqfinin qurucusu Alparslan Kuytul və digər bir qrup şəxs İslam Konfransı çərçivəsində toplantı  keçirdiyi zaman pois toplantıya müdaxilə edib.  Həmin müdaxilədən sonra  polis “qanuna zidd toplantılar və nümayişlər təşkil etmək" və "iclasda və nümayiş yürüşündə məsul şəxslərin vəzifələrini yerinə yetirməsinə mane olmaq" ittihamı ilə A.Kuytul və digərləri haqqında cinayət işi açıb və indiyədək  bu cinayət işi üzrə  9 məhkəmə  prosesi keçirilib.  Keçirilən sonuncu məhkəmə iclasında  A.Kuytul haqqında 4 il 9 ay 15 gün həbs cəzası çıxardılıb. 
Sözü gedən toplantı ilə əlaqədar daha 17 nəfər haqqında “qanunsuz iclaslar və yürüşləri keçirmək” ittihamı ilə 1 il 10 ay 15 gün müddətinə həbs cəzası verilsə də Məhkəmə bu şəxslər barəsində çıxarılan hökmün elanının təxirə salınmasına qərar verib.
Xatırladaq ki, A.Kuytul 2018-ci ildə həbs edilmişdi. Onun barəsində "terror təşkilatına dəstək vermək" iddiası  irəli cinayət işi açılmış və onun 20 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb edilirdi. Lakin A.Kuytul 22 ay həbsdə saxlanıldıqdan sonra 2019-cu ilin  dekabr ayında azadlığa buraxılmışdı.
A.Kuytul Türkiyə cameəsində tanınan ilahiyyatçılardan, AKP höküməti və Ərdoğanın siyasətini tənqid edən alimlərdəndir. 
Ad:
E-poçt:
* Comment:
* captcha: