IQNA

22:41 - September 25, 2020
Xəbər sayı: 3488189
Yezid öz saray xətibinə göstəriş verdi ki, minbərə çıxaraq Müaviyəni tərifləsin, İmam Hüseyn (ə) və onun xanədanına qarşı nalayiq sözlər desin. O, mövcud vəziyyətdən faydalanmaq istəyirdi.

Bir rəvayətə əsasən, Yezid öz saray xətibinə göstəriş verdi ki, minbərə çıxaraq Müaviyəni tərifləsin, İmam Hüseyn (ə) və onun xanədanına qarşı nalayiq sözlər desin. O, mövcud vəziyyətdən faydalanmaq istəyirdi. Xətib də belə etdi. Əmirəlmöminin Əli (ə) və İmam Hüseynə (ə) qarşı nalayiq sözlər dedi. Gözlənilmədən İmam Səccad (ə) fəryad etdi:

وَيْلَكَ أَيُّهَا الْخاطِبُ! لَقَدِ اشْتَرَيْتَ مَرْضاةَ الَمخْلُوقِ بِسَخَطِ الْخالِقِ، فَتَبَوَّأْ مَقْعَدَكَ مِنَ النَّارِ

"Vay olsun sənə, ey xətib! Məxluqun razılığı müqabilində Xaliqin qəzəbini qazandın? Yerini Cəhənnəm odunda hazır etdin!" Sonra üzünü Yezidə tutub buyurdu:

أَتَاْذَنَ لي أَنْ أرْقى‌ هذِهِ الْأَعْوادَ فَأَتَكَلَّمَ بِكَلامٍ فيهِ للَّهِ تَعالى‌ رِضىً، وَلِهؤُلاءِ أَجْرٌ وَثَوابٌ‌

"Mənə bu taxtaların[1] üstünə çıxmağa, sonra da Allahın razılığına və ardınca da bu camaat üçün əcr və savabın olmasına səbəb olan sözlər söyləməyimə icazə verirsənmi?"

Yezid İmam Səccadın (ə) istəyini qəbul etmədi, çünki sonda özünün rüsvay olacağını bilirdi, lakin camaat Yezidin icazə verməsinə israr etdi. Yezid yenə də qəbul etmədi. Bu zaman onun Müaviyə adlı oğlu dedi: "Ona icazə ver, çünki onun xütbə söyləmək qabiliyyəti yoxdur (və biabır olacaq)." Yezid oğluna dedi:

إنَّ هؤلاءِ وَرِثُوا الْعِلْمَ وَالْفَصاحَةَ وَزَقُّوا الْعِلْمَ زَقّاً

“Bu dəstə elm və fəsahəti (ata-babalarından) irs aparmış, elm və biliyi bütün varlıqları ilə dadmışdır.”

Sonunda camaatın həddən artıq israrı ilə İmam Səccadın (ə) minbərə çıxmasına icazə verdi. O Həzrət minbərə çıxıb Allaha həmd-səna söylədikdən sonra buyurdu:

أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ المُؤمِنينَ. وفُضِّلنا بِأَنَّ مِنَّا النَّبِيَّ المُختارَ مُحَمَّدًا|، ومِنّا الصِّدّيقُ، ومِنَّا الطَيّارُ، ومِنّا أسدُ اللّهِ وأسَدُ الرَّسولِ، ومِنّا سَيِّدَةُ نِساءِ العالَمينَ فاطِمَةُ البَتولُ، ومِنّا سِبطا هذِهِ الاُمَّةِ وسَيِّدا شَبابِ أهلِ الجَنَّةِ. مَنْ عَرَفَني فَقَدْ عَرَفَني، وَمَنْ لَمْ يَعْرِفْني أَنْبَأْتُهُ بِحَسَبي وَنَسَبي

“Ey camaat, bizə altı xislət və yeddi fəzilət verilmişdir: “Elm, helm, səxavət, fəsahət, şücaət və möminlərin qəlbində məhəbbət xislətləri əta olunmuş, seçilmiş peyğəmbər Mühmməd (s), “düzdanışan” (İmam Əli (ə)), “uçan” (Cəfər Təyyar), Allahın şiri (İmam Əli (ə)), Peyğəmbərin aslanı (həzrət Həmzə), dünya qadınlarının xanımı Fatimeyi-Bətul və bu ümmətin iki nəvəsi – behişt cavanlarının sərvərləri ilə bizə fəzilət bəxş edilmişdir! Məni (bu xüsusiyyətlərlə) tanıyan tanıdı, amma tanımayanları öz nəsil-nəcabət və xanədanımla tanış edərəm.”[2]

Sonra İmam Zeynəlabidin (ə) özünü daha yaxşı tanıtdırmaq üçün buyurdu:

أَيُّهَا النّاسُ! أَنَا ابْنُ مَكَّةَ وَمِنى‌، أَنَا ابْنُ زَمْزَمَ وَالصَّفا، أَنَا ابْنُ مَنْ حَمَلَ الرُّكْنَ بِأَطْرافِ الرِّدا، أَنَا ابْنُ خَيْرِ مَنِ ائْتَزَرَ وَارْتَدى‌، أَنَا ابْنُ خَيْرِ مَنِ انْتَعَلَ وَاحْتَفى‌، أَنَا ابْنُ خَيْرِ مَنْ‌ طافَ وسَعى‌، أَنَا ابْنُ خَيْرِ مَنْ حَجَّ وَلَبّى‌، أَنَا ابْنُ مَنْ حُمِلَ عَلَى الْبُراقِ فِي الْهَواءِ، أَنَا ابْنُ مَنْ اسْرِيَ بِهِ مِنَ الْمَسْجِدِ الْحَرامِ إِلَى الْمَسْجِدِ الْأَقْصى‌، أَنَا ابْنُ مَنْ بَلَغَ بِهِ جَبْرَئِيلُ إِلى‌ سِدْرَةِ الْمُنْتَهى‌، أَنَا ابْنُ مَنْ دَنا فَتَدَلّى‌ فَكانَ قابَ قَوْسَيْنِ أَوْ أَدْنى‌، أَنَا ابْنُ مَنْ صَلّى‌ بِمَلائكَةِ السَّماءِ، أَنَا ابْنُ مَنْ أَوْحى‌ إِلَيْهِ الْجَليلُ ما أَوْحى‌، أَنَا ابْنُ مُحَمَّدٍ الْمُصْطفى‌، أَنَا ابْنُ عَلِيٍّ الْمُرْتَضى‌، أَنَا ابْنُ مَنْ ضَرَبَ خَراطِيمَ الْخَلْقِ حَتّى‌ قالُوا: لاإِلهَ إِلَّا اللَّهُ.

“Ey camaat! Mən Məkkə və Minanın oğluyam! Mən Zəmzəm və Səfanın oğluyam! Mən öz əbası ilə Həcərül-əsvədi (qara daşı) qaldırıb (öz yerində qərarlaşdıran) kəsin[3] oğluyam! Mən (həcc üçün) paltar geyinən (ehram bağlayan) ən yaxsı şəxsin oğluyam! Mən (təvaf üçün) ayaqyalın olan ən yaxşı kəsin oğluyam! Mən təvaf və səyi yerinə yetirən ən üstün kəsin oğluyam! Mən “təlbiyə” (ləbbəyk, Allahummə ləbbəyk!) deyən və həcci yerinə yetirən ən yaxşı kəsin oğluyam! Mən (Merac gecəsi) Büraqa minən kəsin oğluyam! Mən gecə ikən Məscidül-Həramdan Məscidül-Əqsaya (və oradan da göylərə) aparılan kəsin oğluyam. Mən Cəbrailin Sidrətul-Muntəhaya (Allaha yaxın olmaq üçün ən üstün məqam) apardığı kəsin oğluyam! Mən “Allaha yaxın olma məqamı”na daha çox yaxınlaşan kəsin oğluyam! Mən səma mələkləri ilə namaz qılan kəsin oğluyam! Mən böyük Allahın ona vəhy etdiyi kəsin oğluyam! (Bəli,) mən Muhəmməd Mustafanın (s), Əli Mürtəzanın (ə) oğluyam! Mən itaət etməyənlərə "Lə iləhə illəllah" deyənə qədər qılınc çəkən kəsin oğluyam!” (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.604-606.)

Maide.az – Maarif bölümü

 



[1]. Sanki İmam (ə) demək istəyirdi ki, Həzrət Əli (ə) və onun xanədanına qarşı nalayiq sözlər söylənən minbərlər minbər adına layiq deyil, əksinə o, bir neçə dəyərsiz çubuqdan (taxtadan) ibarətdir.

[2]. "Nəfəsul-məhmum", səh. 261.

[3]. Cahiliyyət dövründə baş vermiş bir macəraya işarədir. Həmin macəra belədir ki, İslam peyğəmbərinin (s) otuz beş yaşı olarkən Məkkədə elə bir sel olmuşdu ki, Kəbə ondan zərər çəkmişdi. Qüreyş Allahın evini təmir etmək qərarına gəlmişdi. Allahın evini təmir etdikdən sonra növbə “Həcərül-əsvədi” yerinə qoymağa gəlib çatdıqda, qəbilə başçıları arasında ixtilaf yaranmış və onlar təklif etmişdilər ki, kim Səfa qapısından birinci olaraq daxil olsa, onu öz aralarında hakim təyin etsinlər. Gözlənilmədən Allahın Rəsulu (s) qapıdan daxil oldu. Hamılıqla dedilər ki, o, Muhəmməd Əmindir (s) və biz onun hakimlik etməsinə razıyıq. Peyğəmbər (s) göstəriş verdi ki, Həcərül-əsvədi bir parçanın (onun əbasının) ortasına qoysunlar. Məkkə rəislərinin hər biri parçanın bir tərəfindən tutaraq yuxarı qaldırdılar və bu zaman o Həzrət öz mübarək əlləri ilə Həcərül-əsvədi öz yerinə qoydu. (Bax: "Furuği-əbədiyyət", c.1, səh.206.)

Ad:
E-poçt:
* Comment:
* captcha: