IQNA

23:13 - September 25, 2020
Xəbər sayı: 3488192
ABŞ-ın Minnesota ştatından seçilmiş müsəlman konqresmen İlhan Omar Tvitter üzərindən prezident Donald Trampın onun barəsində dediyi sözlərə reaksiya verib.
ABŞ-ın Minnesota ştatından seçilmiş müsəlman konqresmen İlhan Omar Tvitter üzərindən prezident Donald Trampın onun barəsində dediyi sözlərə reaksiya verib.
İlhan Omar Tvitterdən ünvanladığı mesajında bunları yazıb: “Əvvəla, bu mənim ölkəm və mən sizin impiçmentinizi tələb edən ABŞ Nümayəndələr Palatasının üzvlərindənəm; İkincisi, vətəndaş müharibəsindən 8 yaşımda qaçmışam və 8 yaşlı bir uşaq ölkəni idarə etmir”.
Omarın reaksiyası, ABŞ prezidentinin sentyabrın 22-si İlhan Omara, ABŞ-ın onun ölkəsi olmadığını söyləyərək, doğulduğu yeri ələ salaraq, irqçi hücumlara başladığı bir vaxtda edilib.
Tramp Pensilvaniyada seçiciləri qarşısındakı çıxışında “İlhan Omar bizə ölkəmizi necə idarə edəcəyimizi izah edir. Haradansan? Ölkənizdə vəziyyət necədir?” demişdi.
İlhan Omar ABŞ prezidentini irqçi adlandırmağa davam edib və bunları qeyd edib: “Tramp hara getsə nifrəti yayır və nifrət xəstəliyini yayır. Tramp miqrasiyaya qarşı deyil, mənim kimi mühacirlərə qarşıdır”. /3924626
Teqlər: İlhan Ömər ، irqçi ، tramp
Ad:
E-poçt:
* Comment:
* captcha: