IQNA

10:32 - October 04, 2020
Xəbər sayı: 3488271
“Azərbaycan dövlətinin qəsb olunmuş ərazilərini geri almaq üçün atdığı addım kamil şəkildə şəri və qanunidir. Beynəlxalq hüquqlara əsasən hər dövlətin öz ərazisini qorumaq üçün müdafiə hüququ vardır.”

“Azərbaycan dövlətinin qəsb olunmuş ərazilərini geri almaq üçün atdığı addım kamil şəkildə şəri və qanunidir. Beynəlxalq hüquqlara əsasən hər dövlətin öz ərazisini qorumaq üçün müdafiə və digər dövlətlərdən kömək almaq hüququ vardır.”

SalamNews xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyyid Həsən Amili deyib.

Rəsmi Teleqram səhifəsi vasitəsilə Qarbağ döyüşlərinə münasibət bildirən Ayətullah Xameneinin nümayəndəsi vurğulayıb ki, qəsb edilmiş torpaqlarını geri almaq Azərbaycan Respublikasının şəriət və qanuni baxımdan haqqıdır.

“Biz islamçı İran və inqilabın fəlsəfəsi olaraq məzlumu müdafiə etməyi və zalımla mübarizə aparmağı öz dini, insani və islami vəzifəmiz bilirik. Bu üzdən son qazanılmış qələbələrə görə böyük Azərbaycan millətini təbrik edirik”, deyə Seyyid Həsən Amili Qarabağın tamamilə azad edilməsini Allahdan arzu etdiyini bildirib.

Ad:
E-poçt:
* Comment:
* captcha: