IQNA

7:23 - October 06, 2020
Xəbər sayı: 3488297
“Səfər ayının 20-i Əhli-beyt əsirlərinin (ə) Şamdan çıxışından sonra şəhidlərin mübarək başları Kərbəlaya gətirildi və bədənlərinin kənarında dəfn edildi.” (“Asarul-baqiyə”, səh. 331).

Kərbəla əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişinin mümkünlüyü və birinci dəlil

Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya girməsinin mümkünlüyünü bir neçə dəlillə qəti surətdə inkar etmək olmaz:

Birinci dəlil: Seyid ibn Tavusdan öncəki tarixçilərin açıqlaması

Hərçənd, bəzi tədqiqatçılar bu sözün ilk dəfə 7-ci əsrdə Seyid ibn Tavusdan eşidildiyini desələr də, lakin tarixi araşdırmalar göstərir ki, ondan öncə və ya müasirləri bu mövzunu dilə gətirmişlər. Onlardan bəzilərinə işarə edirik:

a) Əbu Reyhan Biruni (vəfatı: 440 h.q.) “Asarul-baqiyə” kitabında yazır: “Səfər ayının 20-i Əhli-beyt əsirlərinin (ə) Şamdan çıxışından sonra şəhidlərin mübarək başları Kərbəlaya gətirildi və bədənlərinin kənarında dəfn edildi.” (“Asarul-baqiyə”, səh. 331, Müqərrəmin “Məqtəlul-Huseyn” kitabına istinadən, səh.363).

b) İmadəddin Təbəri Amuli (vəfatı: 6-cı əsrin əvvəlləri) “Bəşarətul-Mustafa” kitabında ona aydınlıq gətirmişdir. O, bu kitabda Cabir ibn Abdullah Ənsari və Ətiyyənin ziyarət macərasını nəql etdikdən sonra yazır: Bu arada Şam yolundan Kərbəlaya yaxınlaşan bir dəstə gördülər. Cabir Ətiyyəyə dedi: “Get, onların kim olduğunu öyrən!” Ətiyyə qayıtdıqdan sonra dedi: “Ey Cabir! Qalx, Peyğəmbərin (s) ailəsini qarşıla! İmam Səccad (ə) bibiləri və bacıları ilə birlikdə bizə doğru gəlir.” Cabir ayağa qalxdı, yalın ayaqla karvanı qarşılamağa tələsdi. İmam Zeynəlabidinə (ə) çatdıqda, İmam (ə) ona buyurdu:

أَنَتَ جابرٌ؟

“Sən Cabirsən?”

Cavab verdi: “Bəli!”

İmam Səccad (ə) buyurdu:

يا جابِرُ هيهُنا وَاللَّهِ قُتِلَتْ رِجالُنا، وَذُبِحَتْ أَطْفالُنا، وَسُبِيَتْ نِساؤُنا، وَحُرِّقَتْ خِيامُنا

“Ey Cabir, Allaha and olsun! Burada kişilərimiz öldürülüb, körpələrimizin başı kəsilib, qadınlarımız əsir düşüb və xeymələrimiz yandırılıb!” (“Əyanuş-şiə”, c.4, səh.47, Cabir ibn Abdullah Ənsarinin tərcümeyi-halı.)

c) İbn Nəma (vəfatı: 7-ci əsrin axırları) “Məsirul-əhzan” kitabında Əhli-beyt əsirlərinin Kərbəlaya girişini və Cabirlə görüşünü aşkar şəkildə nəql etmişdir. (“Məsirul-əhzan”, səh.107.)

Bir sözlə, bəzi nəqllərə əsasən, Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlməsi və Kərbəla şəhidlərinin qəbrini ziyarət etməsi həqiqətdən uzaq sayılmır. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.629-630.)

Maide.az – Maarif bölümü

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: