IQNA

İtaliyalı İslamşünas filosof və Quran araşdırmaçısı vəfat edib

22:38 - October 12, 2020
Xəbər sayı: 3488350
Tehran (IQNA)  - İtaliyalı İslamşünas alim, müsəlman filosof və Quran elmləri araşdırmaçısı Massimo Kampanini uzun müddət sürən xəstəlikdən sonra Oktyabr ayının 9-da 66 yaşında ikən vəfat edib.

İtaliyalı İslamşünas filosof və Quran araşdırmaçısı vəfat edibİtaliyalı İslamşünas alim, müsəlman filosof və Quran elmləri araşdırmaçısı Massimo Kampanini (Campanini) uzun müddət sürən xəstəlikdən sonra Oktyabr ayının 9-da 66 yaşında ikən vəfat edib.

İtaliyanın İslami Təşkilatlar və Dini Azlıqlar Birliyi (UCOII) bu barədə başsağlığı mesajı yayıb: "Dərin təəssüf hissi ilə bildiririk ki, müsəlman mütəfəkkir, Orta Şəqr tarixi üzrə araşdırmaçı, akademik İslam araşdırmaçısı və 50-dən çox elmi kitab və məqalənin  müəllifi Massimo Kampanini vəfat etdi".

İtaliyanın İslami Təşkilatlar və Dini Azlıqlar Birliyi bütün dünya müsəlmanlarından mərhumun ruhu üçün dua etmələrini istəyib.

İtaliyalı şərqşünas və İslamşünas alim, Ərəb ölkələri və Qərbi-Asiya üzrə araşdırmaçı Massimo Kampanini 1954-cü ilin Noyabr ayında İtaliyanın Milan şəhərində anadan olub. İtaliyanın Torento universitetində təhsil alıb.  

آماده// «ماسیمو کامپانینی» اسلام شناس ایتالیایی درگذشت

O, 1981-ci ildə Misrə səfər edərək İslam mədəniyyəti barədə araşdırmalarına başladı. Ərəb dilini öyrəndikdən sonra Qurani-Kərimi İtaliyan dilinə tərcümə etdi.

Onun İslam mədəniyyəti və fəlsəfəsi, İslam və Quran otra əsirlərdə və müasir dövrlərdə mövzusunda bir çox elmi məqalə və kitabları var. Bunlarında arasında ən önəmliləri Quranın tərcüməsi və təfsiridir.

Massimo Kampanini müsəlman alimlərin, o cümlədən Qəzzali və Farabinin bəzi əsərlərini İtaliyan dilinə tərcümə etmişdir.

O, Quranı fəlsəfi baxışla təfsir edir və buna "Fəlsəfi Quran elmi" deyirdi. Və düşünürdü ki, Quran araşdırmaları təkcə fəlsəfi metodla mümkündür, çünki Quranın özü fəlsəfi bir kitabdır.  /3928809

 

captcha