IQNA

20:21 - October 15, 2020
Xəbər sayı: 3488372
Onun adı da Fatimə idi. Əbülfəzl-Abbas, Abdullah, Cəfər və Osman adlarında dörd oğlu Kərbəlada, İmam Hüseynin (ə) kənarında şəhadətə çatdılar.

Ümmül-Bənin Həzrət Fatimeyi-Zəhradan (s.ə.) sonra Əmirəlmöminin Əlinin (ə) həyat yoldaşı olmuşdur. Onun adı da Fatimə idi. Əbülfəzl-Abbas, Abdullah, Cəfər və Osman adlarında dörd oğlu Kərbəlada, İmam Hüseynin (ə) kənarında şəhadətə çatdılar. O, övladlarının xatirəsi üçün gündüzlər Bəqi məzarlığına gedir və orada əza saxlayırdı. Şeyx Abbas Qumi yazır:

 
Ümmül-Bənin Həzrət Əbülfəzl-Abbasın Übeydullah adlı oğlunun əlindən tutur, gündüzlər Bəqiyə gedir və övladları üçün mərsiyə oxuyurdu. Mədinə camaatı onun yanıqlı mərsiyələrini eşitmək üçün ətrafına toplaşır, ona qoşularaq göz yaşı tökürdülər. Onun əzadarlığı o qədər yanıqlı idi ki, hətta Əhli-beytin (ə) qəddar düşməni Mərvan ibn Həkəm bu mənzərəni gördükdən sonra təsirləndi və ağladı. O dağ görmüş xanım bir çox şeirlər oxuyurdu, o cümlədən:
 
يا مَنْ رَأَى الْعَبَّاسَ كَرَّ عَلى‌ جَماهِيرِ النَّقَدِ وَوَراهُ مِنْ أَبْناءِ حَيْدَرَ كُلُّ لَيْثٍ ذي لَبَدِ انْبِئْتُ أَنَّ ابْني أُصيبَ بِرَأْسِهِ مَقْطُوعَ يَدِ وَيْلي عَلى‌ شِبْلي أَمالَ بِرَأسِهِ ضَرْبُ الْعَمَدِ لَوْ كانَ سَيْفُكَ في يَدَيْكَ لَما دَنى‌ مِنْهُ أحَدٌ
 
“Ey Abbasın alçaqlara hücum etdiyini və hər biri bir güclü şirə bərabər Heydər oğullarının arxasında dayandığını görən kəs, xəbər çatdı ki, qolları kəsilmiş oğlumun başına dəmir əmud vurublar! Ey vay, şir kimi uşağıma ki, dəmir əmud başına endi! Əlbəttə, əgər əlində qılınc olsaydı, kimsə sənə yaxın düşə bilməzdi.”
 
Həmçinin Mədinə qadınlarına müraciətlə deyirdi:
 
لاتَدْعُوَنِّي وَيْكِ‌ امَّ الْبَنينَ‌ تُذَكِّريني بِلُيُوثِ الْعَرينَ‌ كانَتْ بَنُونَ لي أُدْعى‌ بِهِمْ‌ وَالْيَوْمَ أَصْبِحْتُ وَلا مِنْ بَنينَ‌ أَرْبَعَةٌ مِثْلُ نُسُورِ الرُّبى‌ قَدْ واصَلُوا الْمَوْتَ بِقَطْعِ الْوَتينِ‌
 
“Artıq mənə Ümmül-Bənin (oğullar anası) deməyin, çünki mənə (döyüş və cihad) şirlərini xatırladır. Oğlanlarım vardı, onlara xatir Ümmül-Bənin (oğullar anası) səsləyirdilər, amma bu gün, artıq, heç bir oğlum yoxdur (ki, onlara xatir məni Ümmül-Bənin səsləsinlər). O dörd övlad ki, (cihad meydanında) qartal kimi iti uçurdu, o qədər igidlik və dözüm göstərdilər ki, kəsilmiş damarlarla ölümün görüşünə getdilər (və şəhadətə çatdılar). (“Səfinətul-bihar”, c.1, səh.510.)
 
Şübhəsiz, bu əzadarlıqlar dərin hüzündən və böyük dərddən qaynaqlanırdı. İmam Hüseynin (ə) və yoldaşlarının məzlumluğunu xatırlamaq, Yezid və Şam cinayətkarlarının və muzdurlu əlaltılarının zülmünü ifşa etmək, Aşura xatirəsini yaşatmaq, xalqı oyatmaq, onlarda dirəniş və cəsurluq ruhunu dirçəltmək sonda inqilab və qiyama səbəb olurdu.
 
Düşmənə qarşı qılınc, nizə və savaşla çıxmaq mümkün olmayan yerdə göz yaşları ilə sel yaradıb axıtmaq, zalımın zülmünün kökünü kəsmək olar. Başqa sözlə, bu yanğılar, göz yaşları emosiyaları oyadır, zalımlara qarşı nifrət atəşini alovlandırır, sinələri eşq və fədakarlıqla doldurur. Nəhayət, qiyam və qarşıdurma baş verir, necə ki, baş verdi. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.645-649-651.)
 
Maide.az – Maarif bölümü
Ad:
E-poçt:
* Comment:
* captcha: