IQNA

9:18 - October 21, 2020
Xəbər sayı: 3488413
Tehran (IQNA)  - Ali Dini Elmi Hövzəsinin ustadı Ayətullah Mehdi Hadəvi Tehrani mübarək Fürqan surəsinin 17 və 18-ci ayəsini təfsir edərkən deyib: Azğınlığımıza görə bütün məsuliyyəti özümüz daşıyırıq.

Tehran (IQNA)  - İranın Tehran şəhərinin Ali Dini Elmi Hövzəsinin ustadı Ayətullah Mehdi Hadəvi Tehrani mübarək Fürqan surəsinin 17 və 18-ci ayəsinin –  

«وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ فَيَقُولُ أَأَنْتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَؤُلَاءِ أَمْ هُمْ ضَلُّوا السَّبِيلَ ﴿۱۷﴾؛ قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنْبَغِي لَنَا أَنْ نَتَّخِذَ مِنْ دُونِكَ مِنْ أَوْلِيَاءَ وَلَكِنْ مَتَّعْتَهُمْ وَآبَاءَهُمْ حَتَّى نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا ﴿۱۸﴾»

(17) Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?» (18) Onlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular.» -

təfsiri dərsində deyib: Dünyada Allaha bəndəlik etməyənlər və doğru yolu seçməyənlər Qiyamət günü öz nəfslərinin məbudları ilə məşhur olacaqlar. Allaha şərik verdikləri o bütlərdən soruşular: Siz bütlər bizim bəndələrimizi doğru yoldan azdırdınız?

Bütlər deyərlər: Sən böyük və paksan! Səndən başqası ibadətə layiq deyil. Biz sənin vilayətinə tabeyik. Sən bunlara və əcdadlarına nemətlər verdin. Onlar nemətlərin şükrü əvəzinə səni unutdular və buna görə də həlak oldular.

Ayətullah Mehdi Hadəvi Tehrani vurğulayıb: Qiyamət günü insanların dünyada tapındıqları "büt"lər insanlardan bezar olduqlarını deyəcəklər. Və deyəcəklər ki, insanların cəhənnəmə getməsinə səbəb onlar öz əməlləridir. Çünki onlar Allahın nemətlərinin şükrün etmək yerinə küfr və nankorluq etdilər.

Ayətullah əlavə edib: Əgər Allahın yolundan çıxmışıqsa, buna görə özümüz məsuliyyət daşıyırıq. Azğınlığımızı ustad, müəllim, məktəb, universitet, internet, sosial şəbəkə və peyk kanallarının üstünə ata bilmərik, bütün məsuliyyəti özümüz daşıyırıq.

O vurğulayıb: Allahın nemətləri, o cümlədən peyğəmbərlər, İlahi kitablar, ağıl, fitrət və gördüyümüz hər bir şey bizi Allahın müqəddəs zatına hidayət və irşad etmək üçündür. Biz isə bütün bu nemətlərin əksinə olaraq təkəbbür edirik (və Allaha itaətdən etməkdən qaçırıq).

"Rəvaqi-Hikmət" müəssisəsini rəisi vurğulayıb: Allaha yönəlmək iradəmizdən asılı bir işdir. Biz bunu istəməli və bunun üçün çalışmalıyıq. Əgər Allaha yaxınlaşmaq yolunda hərəkət etsək, Allah da bizə bu yolda kömək olacaqdır.  /3930430

Ad:
E-poçt:
* Comment:
* captcha: