IQNA

11:05 - October 27, 2020
Xəbər sayı: 3488465
Yəmənin paytaxtı Səna şəhəri İslam Peyğəmbəri, Həzrət Muhəmmədin (s) mübarək mövludu ərəfəsində rəngli işıqlarla bəzədilib.
Yəmənin paytaxtı Səna şəhəri İslam Peyğəmbəri, Həzrət Muhəmmədin (s) mübarək mövludu ərəfəsində rəngli işıqlarla bəzədilib. 
Maide.Az "ABNA"a istinadla xəbər verir ki,  Yəməndə ötən gün həmçinin  əzəmətli mövlud bayramında milyonlarla insan iştirak edib. Böyük meydanlar axışan xalq sevimli Peyğəmbərimizə (s) sevgilərini ifadə ediblər. 
Qeyd edək  ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i (29 oktyabr) , şiələr isə 17-i (3 noyabr) qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
Ad:
E-poçt:
* Comment:
* captcha: