IQNA

Zərif: İran Azərbaycanın ərazibütövlüyünə hörmətlə yanaşmaqla münaqişənin həlli üçün layihə hazırlayıb

9:56 - October 28, 2020
Xəbər sayı: 3488479
İrandan Moskvaya, Bakı və Yerevana nümayəndə göndəriləcəyini deyən Cavad Zərif açıqlayıb ki, ölkəsi Azərbaycan Respublikasının ərazibütövlüyünə hörmətlə yanaşmaqla yeni və daimi layihə hazırlayıb.

İran Azərbaycan Respublikasının ərazibütölüyünə hörmətlə yanaşmaqla münaqişənin həlli üçün daimi layihə hazırlayıb və tərəflərə təqdim ediləcək.”

SalamNews İrib.ir-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gün ölkə mətbuatına açıqlamasından deyib.

İrandan Moskvaya, Bakı və Yerevana nümayəndə göndəriləcəyini deyən Cavad Zərif açıqlayıb ki, ölkəsi Azərbaycan Respublikasının ərazibütövlüyünə hörmətlə yanaşmaqla yeni və daimi layihə hazırlayıb.

O bildirib ki, bu layihə Bakı və Yerevanda müzakirəyə qoyulacaq.

Qeyd edək ki, İranın Bakıdakı səfiri ötən gün bildirib ki, XİN rəhbərinin müavini Abbas Əraqçi Bakı, Yerevan və Moskvaya səfər edərək rəsmi Tehranın münaqişənin həlli ilə bağlı təşəbbüsünü açıqlayacaq.

Teqlər: Cavad Zərif ، bakı ، Yerevan ، irəvan ، moskva ، qarabağ
captcha