IQNA

Sabiq SSR ölkələrinin Quran nüsxələrinə qısa bir baxış – Foto

11:04 - November 09, 2020
Xəbər sayı: 3488580
Tehran (IQNA)  - Sabiq Sovet İttifaqı ölkələrində kommunist rejiminin dinə əleyhinə və müsəlmanlara qarşı bütün təzyiqlərinə baxmayaraq çox sayda Quran nüsxələri çap və nəşr edilmişdi.

Sabiq Sovet İttifaqı ölkələrində 70 milyondan çox müsəlman yaşamasına rəğmən onların hüquqları pozulmuş, ruhanilər aradan götürülmüş, sürgün edilmiş, məscidlər bağlanmış və dini fəaliyyətlər qadağan edilmişdi.

SSR-dən öncə müsəlman ölkələrində dini ədəbiyyat, o cümlədən Orta Asiya, Qafqaz, Qazaxıstan, Tatarıstan və Krımda Quran çap və nəşr edən çapxana və nəşriyyatlar qapadılmışdı.

Kommunistlər 1917-ci ildən 1956-cı ilədək müsəlman ölkələrindəki çapxanalar heç bir dini ədəbiyyat və Quran çap və nəşr etmədilər.

SSR Müsəlmanlarının Dini Mərkəzi 20-ci əsrin ortalarında Qurani-Kərimdən bəzi surəslərin (Həmd, İxlas, Bəqərə surəsinin ilk ayələri, Yasin, ər-Rəhman) və duaların (Çərəkə) çap və nəşrinə başladı. Beş min tirajla başlanan bu iş 1927-cu ildə 15 min nüsxəyə çatdırılmışdı.

Orta Asiya və Qazaxıstan 1954-cü ildə rəsmi şəkildə Qurani-Kərimi Ərəb xətti ilə çap və nəşr etməyə başladı. 1956-cı ilə SSR müsəlmanları ilk dəfə Daşkəntdə Qurani-Kərimi 3000 nüsxə ilə Ərəb dilində çap edə bildilər. Bu Müshəf nüsxəsinin üzərinə 1 Məhərrəm 1375-ci hicri-qəməri tarixi qeyd edilmişdir.

Tatar dilindəki qədim nüsxəyə istinadən çap edilmiş digər Quran nüsxəsi 4000 tirajla nəşr edildi və müsəlman ölkələrinə göndərildi.

Bundan sonra müsəlmanlar 1960 və 1984-cü illərdə Qurani-Kərimin yeni nüsxələrini Moskva, Leninqrad, Kazan, Ufa, Almata, Duşənbə və Kaleninqrad kimi böyük şəhərlərdə çap və nəşr edərək müxtəlif ölkə və şəhərlərə göndərdilər. /3932294

captcha