IQNA

8:57 - November 24, 2020
Xəbər sayı: 3488701
Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində Həzrət İmam Musa Kazimin (ə) qızlarından biri dəfn edilib. Miladın 8-ci əsrində aid olan bu məzar "Rəhimə Xanım Piri" adı ilə məşhurdur.

Bakıdakı Bakının Sabunçu rayonun Nardaran qəsəbəsində yerləşən bu memarlıq abidəsinin VIII əsrə aid olduğu deyilir.

Təbiət hadisələri ilə əlaqədar dağılaraq məhv olan ziyarətgahın qalıqları XX əsrin ortalarında kənddə aparılan qazıntı işləri zamanı aşkar olunmuşdur.

Qazıntı zamanı Rəhimə xanımın evi, eləcə də 3 bulaq aşkara çıxarılmışdır. Tarixi rəvayətlərə görə, Rəhimə xanım Əhli-beyt nəslindən hesab olunan yeddinci imam Əbül Həsən Musa ibn Cəfər əl-Kazımın qızıdır. Rəhimə xanımın qardaşı isə səkkizinci imam olan İmam Rzadır.

Sovet hakimiyyəti illərində başqa ziyarətgahlar kimi, "Rəhimə xanım" məscidinin də sökülməsi gözlənilirdi. Amma Nardaran əhalisi gündüzlər ziyarətgahın qapısını daşla hörərək bunun qarşısını alır, gecələr isə daşları söküb ziyarətgaha daxil olurmuşlar.

1951-ci ildə anbara çevrilən tikilidə buğda saxlanılmağa başlanır. Yalnız 1956-cı ildə yerli əhali yığışaraq buranı təmizləyir və ziyarətgah əvvəlki vəziyyətinə qaytarılır.

Həmin dövrlərdə Azərbaycandakı bərpaçıların çoxu milliyətcə erməni olduğundan, onlar daş kitabələrin üzərindəki yazıları pozmuşlar. Rəhimə xanımın qəbrinin üzərindəki kitabələrin bəziləri beləcə məhv edilmişdir.

1994-cü ildə yenidən qurulmuş kompleksin sahəsi 1500 kv m təşkil edir və burada eyni vaxtda 1600 nəfər ibadət edə bilər. /dini komitə

Ad:
E-poçt:
* Comment:
* captcha: