IQNA

7:54 - December 11, 2020
Xəbər sayı: 3488824
Səudiyyə ərəbistanlı alimlər Məkkə şəhərində yerləşən Məscidül-Həramı demək olar ki, pulsuz elektrik enerjisi ilə təmin etməyə imkan verəcək olduqca qeyri-adi texnologiya hazırlayıblar.

Səudiyyə ərəbistanlı alimlər Məkkə şəhərində yerləşən Məscidül-Həramı demək olar ki, pulsuz elektrik enerjisi ilə təmin etməyə imkan verəcək olduqca qeyri-adi texnologiya hazırlayıblar.

İdeya döşəmənin altında porşen sistemi quraşdırmaqdan ibarətdir. Bu cür bir döşəmənin üzərində yeriyərkən o, dünyadakı ən böyük müsəlman məbədini kifayət qədər elektrik enerjisi ilə təmin edə biləcək.

Yerli tibb universitetinin tibbi mühəndislik kafedrasının dosenti doktor Əbdül Həmid Ali-Xətib bildirib ki, müvafiq patent artıq qeydiyyatdan keçirilib.

“Dünya təmiz enerji axtarışında olduğu bir dövrdə hərfi mənada ayaqlarımızın altında (hazırda) boş-boşuna sərf edilən enerjij var”, – deyə o, qeyd edib.

Yerli alimlərin hazırladığı texnologiya, Ali-Xətibin sözlərinə görə, intensiz piyada hərəkəti olan istənilən sahələrdə istifadə edilə bilər. Döşəmə və ya yol örtüyünün altında quraşdırılan kiçik porşenlər istehsal edilən enerjijni xüsusi batareyalarda toplamağa imkan verir. Maraqlıdır ki, bu ideyanın həyata keçirilməsi üçün bahalı materiallar və ya texnologiyalardan istifadəyə ehtiyac yoxdur.

“Siz onun altında porşenli adi plitkadan istifadə edə bilərsiniz. Biz isə mayedən istifadə edirik – su, yağ və ya nəcib qaz. Porşenə basmaqla hava və ya su ilə eneri istehsal edən turbinlərə bənzəyən xüsusi turbinlər hərəkətə gəlir”, – deyə o, aydınlıq gətirib.

O bildirib ki, sözügedən texnologiya ticarət mərkəzləri, piyada keçidləri, otel girişləri kimi yerlərə, həmçinin Məkkə və Mədinə şəhərlərindəki məscidlər üçün idealdır. /şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: