IQNA

9:38 - December 18, 2020
Xəbər sayı: 3488875
Misrin əş-Şərqiyyə əlayətinin Quran qariləri və hafizləri ittifaqının ən kiçik üzvünün 6 yaşı var. Kiçik yaşlarında Quranı əzbərləyərək əhəmiyyətli bir təşkilata üzv ola bilən uşağın adı Ömər Məkkidir.

Tehran (IQNA) -  Misrin əş-Şərqiyyə əlayətinin Quran qariləri və hafizləri ittifaqının ən kiçik üzvünün 6 yaşı var.

Kiçik yaşlarında Quranı əzbərləyərək əhəmiyyətli bir təşkilata üzv ola bilən uşağın adı Ömər Məkkidir.

O, Misrin əş-Şərqiyyə əyalətinin Kəfər əl-Ğünəymi kəndində anadan olub.

Ömər Məkki əyalətin Quran qariləri və hafizləri birliyinə insanları koronavirusla mübarizə üçün maarifləndirməkdə kömək edir.

O kənddə gəzərək insanlara sağlamlığın qorunmasının vacib olduğunu Quran ayələri ilə izah və onları sanitariya qaydalarına əməl etməyə dəvət edir.

Altı yaşlı Ömər Məkki və 4 yaşlı bacısı Nur Quranı əzbərlədiklərinə və insanları virusa qarşı maarifləndirdiklərinə görə əş-Şərqiyyə əyalətinin qubernatoru Məmduh Ğürab tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, 6 yaşlı Ömər Məkki tarixdə Misrin Quran qariləri və hafizləri birliyinin üzvü, Misr Xalq Şuraları Birliklərinin İdarə Şurasının üzvü, Misrin Afrika İnsan Haqları Milli Şurasında uşaqların işi üzrə müşaviri, Ərəb İttifaqında uşaqların sözçüsü və Ərəb Dünyası və Misrin  İxtiraçı Alimlər Şurasında uşaqların səfiri kimi məsuliyyətləri üzərinə götürən ilk uşaqdır.  /3941481

 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: