IQNA

21:39 - January 15, 2021
Xəbər sayı: 3489045
İran səfiri Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə rəhmət, yaralılara şəfa diləyib.

İranın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, iki ölkə arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 14-də İranın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: