IQNA

22:39 - March 05, 2021
Xəbər sayı: 3489399
Kanadanın Ontario əyalətinin York bələdiyyəsinin Dövlət Məktəbləri Şurası orta məktəblərdən birinin adını dəyişərək mərhum jurnalistin şərəfinə adlandırmaq qərarınə qəbul edib.

Kanadanın Ontario əyalətinin York bələdiyyəsinin Dövlət Məktəbləri Şurası orta məktəblərdən birinin adını dəyişərək mərhum jurnalistin şərəfinə adlandırmaq qərarınə qəbul edib.

Əslən Somalidən olan Hodan Nalayye bütün ömrünü ölkəsinin rifahına sərf edib.

Xatırladaq ki, o, 2019-cu ildə terrorçular tərəfindən Somalidə qətlə yetirilib.

Jurnalist xanımın ailəsi bu qərarı dəstəklədiyini və müsbət qarşıladığını bildirib.

Somali əsilli başqa bir jurnalist Fərhan Cimalə Hodanı “öz xalqı və vətəninin ən yaxşı təmsilçilərindən biri və gözəl ürəkli insan” adlandırıb.

Qeyd edək ki, Hodan həyat yoldaşı Fərid Cümə Süleymanla birlikdə Somalidəki “Asasey” hotelində qətlə yetirilən 26 nəfər arasında olub. Həmin oteldə regional siyasətçilər və klan başçıları qarşıdan gələn seçkiləri müzakirə edirdilər. Jurnalist xanım və yoldaşı da bu toplantıda iştirak üçün oraya gəlmişdilər.

Mərhum Hodan Somalidə anadan olub, lakin 6 yaşında ailəsi ilə birlikdə Kanadaya köçüb və burada böyüyüb başa çatıb. 2018-ci ildə isə Somaliyə geri qayıdıb.

O, iki uşaq anasıdır.

Hodan məşhur “Integration TV”-in qurucusu olub.

Hodan və yoldaşı Fərid Cümə
Teqlər: kanada ، şəhid ، somali
Ad:
E-poçt:
* Comment:
* captcha: