şəhid

IQNA

İQNA – Beynəlxalq Quran qiraətçisi Əhməd Əbülqasimi şəhid İnqilab rəhbərinin xatirəsinə həsr olunmuş və İmam Rzanın (ə) müqəddəs hərəminin ev sahibliyi ilə keçirilən anım mərasimində "Nisa" surəsinin 64–71-ci ayələrini və "Fatihə" surəsini tilavət edib.
Xəbər sayı: 3500812   Nəşr tarixi : 2026/07/22

İQNA – İranın Quran Qərargahının təşəbbüsü ilə İslam İnqilabı İranının müxtəlif bölgələrində təşkil olunan min Quranla üns məclisindən biri paytaxt Tehranda, Vəliəsr meydanında keçirilib.
Xəbər sayı: 3500811   Nəşr tarixi : 2026/07/22

İQNA – Keçən həftə İordan çayının qərb sahilində sionist məskunlaşanların hücumu zamanı güllələnən 17 yaşlı fələstinli futbolçu, ağır xəsarətləri səbəbindən iyulun 18-i, şənbə günü şəhid olub.
Xəbər sayı: 3500794   Nəşr tarixi : 2026/07/19

İQNA – Beynəlxalq Quran müsabiqələrinin yəmənli qari və hakimi Məhəmməd Həsən Əli Əl-Kəbari bildirib: "İran İslam İnqilabının şəhid lideri Ayətullah Seyid Əli Xameneinin dərslərindən seçilmiş hissələrə nəzər salan hər kəs anlayacaq ki, o, Quranın qucağında yaşamışdır".
Xəbər sayı: 3500787   Nəşr tarixi : 2026/07/18

İQNA – İranın beynəlxalq qarilərindən olan Qasım Müqəddəmi çərşənbə axşamı14 iyul tarixində Tehrandakı İmam Xomeyni (r.ə.) Müsəllasının əsas salonunda keçirilən “İranın Şəhid Rəhbəri”nin anım mərasimində Mübarək Fəcr surəsinin son ayələrini tilavət edib.
Xəbər sayı: 3500772   Nəşr tarixi : 2026/07/15

Şəhid Rəhbərin anım mərasimində baş verdi
İQNA – Şəhid Rəhbərin böyük oğlu, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin təşəkkür mesajını çatdıraraq bildirdi ki, İran və İraq xalqlarının Şəhid Rəhbərin dəfn və anım mərasimlərində milyonlarla iştirak etməsi “nəzərəçarpacaq və misilsiz bir dirçəliş” olmuşdur. O dedi ki, bu sədaqətli və uzaqgörən iştirak düşmən üçün dözülməsi olduqca ağır olan bir mənzərə yaratdı.
Xəbər sayı: 3500770   Nəşr tarixi : 2026/07/15

Şeyx Xalid:
İQNA – İraq Alimlər Birliyinin sədri Şeyx Xalid bildirib: "Amerika və sionist hökumətlərinə çatdırılması lazım olan mesaj budur ki, bu milyonlarla insan qisaslarını almayana qədər sakit qalmayacaqlar və kütləvi xalq iştirakı Şəhid Xameneinin yolunu davam etdirmək üçün olan qətiyyətli əzmi nümayiş etdirir."
Xəbər sayı: 3500751   Nəşr tarixi : 2026/07/13

Qırğızıstanın xristian rəsmisi:
İQNA – Qırğızıstanın Bişkek Pravoslav Kilsəsinin arxiyepiskopu, Ayətullah Xameneinin (r.ə) dinlərarası birgəyaşayışın təşviqindəki yüksək mövqeyini qeyd edərək, bu şəhid lideri ilahi dəyərlərin təcəssümü kimi xarakterizə edib.
Xəbər sayı: 3500749   Nəşr tarixi : 2026/07/13

İQNA – Bəhreynli gənclər bu ölkənin küçələrinə çıxaraq İranın şəhid lideri üçün matəm saxlayıb və yas mərasimi keçiriblər.
Xəbər sayı: 3500747   Nəşr tarixi : 2026/07/13

İQNA – Ayətullah-üzma Şeyx Məhəmməd Yəqubi, Ali Rəhbərin Nəcəf-əşrəfdəki nümayəndəsi Ayətullah Seyid Müctəba Hüseyninin iştirakı ilə, şəhid liderin böyük oğlu Ayətullah Seyid Mustafa Xameneiyə və həmçinin bu faciəli hadisədə həyat yoldaşı və qızı da şəhid olan kürəkəni Höccətül-islam vəl-müslimin Şeyx Məhəmməd Cavad Məhəmmədi Gülpayqaniyə başsağlığı və dərin hüznlə hüzn şəriki olduğunu bildirib.
Xəbər sayı: 3500743   Nəşr tarixi : 2026/07/12

İQNA – İslam İnqilabının şəhid rəhbəri Həzrət Ayətullahül-üzma Seyid Əli Hüseyni Xameneinin və onun ailəsindən olan şəhidlərin mübarək cənazəsinin qarşılanma və dəfn mərasimi iyulun 9-da Məşhəd şəhərində İmam Rza (ə) küçəsindən başlayaraq İmam Rzanın (ə) müqəddəs hərəminə doğru keçirildi.
Xəbər sayı: 3500739   Nəşr tarixi : 2026/07/11

İQNA – Şəhid imam, mücahid Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneinin (r.ə) mübarək cənazəsinin dəfn mərasimi iyulun 8-də İraqın müqəddəs Nəcəf şəhərində böyük izdihamın iştirakı ilə keçirildi. İraq alimlərindən Ayətullah Seyid Məhəmməd Təqi Həkim Həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəmində şəhid inqilab liderinin cənazəsi üzərində cənazə namazı qıldırdı.
Xəbər sayı: 3500738   Nəşr tarixi : 2026/07/11

Həftənin mühüm Quran xəbərləri və hadisələri
İQNA – Ölkənin Quran cəmiyyəti fərqli bir həftəni arxada qoydu. İslam İnqilabının Qurani rəhbərinin vida və dəfn mərasimləri ilə müşayiət olunan, ən uzun "Quranla ünsiyyət" məclisinin təşkili ilə yadda qalan bir həftə. Bununla yanaşı, ümummilli Quran xətm kampaniyaları, "Ayələrlə yaşamaq" layihəsinin yeni imkanlarının təqdimatı və maarifləndirici tədbirlərin keçirilməsinə şahid olduq.
Xəbər sayı: 3500734   Nəşr tarixi : 2026/07/11

İQNA – Şəhid rəhbərin pak cənazəsi dəfn mərasimi və namaz qılındıqdan sonra "Daruz-Zikr" səhnində (hərəmin daxili hissəsində) əmanət edildi.
Xəbər sayı: 3500733   Nəşr tarixi : 2026/07/11

İQNA – Şəhid liderin böyük oğlu Ayətullah Seyid Mustafa Hüseyni Xamenei İmam Rzanın (ə) hərəmində atasının cənazəsi qarşısında namaz qıldı.
Xəbər sayı: 3500729   Nəşr tarixi : 2026/07/10

İQNA – Hindistanın "India Today" qəzeti yayımladığı hesabatda vurğulayıb: İranın şəhid rəhbərinin cənazəsinin yola salınması mərasimində iştirak edənlər bu mərasimi İmam Hüseynin (ə) Kərbəlada şəhadəti ilə əlaqələndiriblər.
Xəbər sayı: 3500726   Nəşr tarixi : 2026/07/10

İQNA – "İranın Quran Hafizləri" kanalı bir elan yayımlayaraq, bütün ölkə üzrə hafizləri və Quran fəallarını xüsusi bir kampaniyada iştirak etməyə, "İranın şəhid ağası" ilə son vida mesajlarını və ürək sözlərini yazmağa dəvət edib.
Xəbər sayı: 3500725   Nəşr tarixi : 2026/07/10

İQNA – İslam ümmətinin şəhid imamına İmam Hüseynin (ə) müqəddəs hərəmində namaz qılınıb və hərəmə təvaf edildikdən sonra Qəmər Bəni Haşim Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminə daxil oldu və əzadar zəvvarlar tərəfindən gül-çiçəklə qarşılandı.
Xəbər sayı: 3500723   Nəşr tarixi : 2026/07/09

İQNA – İranın şəhid rəhbərinin cənazə mərasimi İraq və digər ölkələrdən gələn milyonlarla insanın iştirakı ilə Əba Abdullah Hüseynin (ə) hərəminin yaxınlığında keçirilir. Bu, tarixdə Kərbəlada başqa bir Aşuranı xatırladan misilsiz bir mənzərədir.
Xəbər sayı: 3500722   Nəşr tarixi : 2026/07/09

İQNA – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri İran İslam Respublikasının Naxçıvandakı baş konsulu ilə görüşündə şəhid rəhbər Ayətullah əl-Uzma Xameneinin Qarabağ müharibəsi dövründə blokadada olan Naxçıvana göstərdiyi yardımdakı rolunu vurğulayıb.
Xəbər sayı: 3500721   Nəşr tarixi : 2026/07/09