IQNA

Fələstinli gənclər İsrail rejiminin pilotsuz təyyarəsini vurdu - VİDEO

10:38 - July 15, 2021
Xəbər sayı: 3490290
İsrailin pilotsuz təyyarəsinin Qəzzanın şimalında qəzaya uğradığına dair xəbərlər yayılandan bir gün sonra, fələstinli gənclər sionist ordusunun daha bir pilotsuz təyyarəsini vurmağı bacarıblar.

İsrail rejiminin bir pilotsuz təyyarəsinin Qəzzanın şimalında qəzaya uğradığına dair xəbərlər yayılandan yalnız bir gün sonra, fələstinli gənclər sionist ordusunun daha bir pilotsuz təyyarəsini vurmağı bacarıblar.

Fələstin mənbələri bu gün (14 iyul) fələstinli gənclərin İordan çayının qərb sahilində İsrail rejiminin ordusunun bir pilotsuz təyyarəsini vurduğunu bildiriblər.

New Press saytı Tvitterdəki xəbərində bunları qeyd edib: “Pilotsuz uçuş aparatı Tubasın cənubundakı Əl-Faraa düşərgəsində (şimal-qərbdə) çıxan qarşıdurma zamanı fələstinli gənclər tərəfindən vuruldu”.

Fələstinli mənbələrin xəbərlərindən sonra, İsrail rejiminin ordusu bəyanat verərək, Şimali İordan çayının qərb sahilindəki pilotsuz təyyarələrindən birinin itkin düşdüyünü rəsmən təsdiqləyib.

Sionist ordusu Tubas bölgəsindəki bir əməliyyat zamanı PUA-nın texniki problemlər səbəbindən qəzaya uğradığını iddia edib.

Sionist ordusu PUA-nın Sky Rider tipindən olduğunu söyləyərək, məlumatların götürülməsi ilə əlaqədar heç bir narahatlıq olmadığını bildirib.

Qeyd edək ki, dünən də Qəzzanın şimalında da sionist ordusunun Skylark tipli pilotsuz təyyarəsi aşkar edilmişdi. /deyerler

Ad:
E-poçt:
* Comment:
* :