IQNA

Beynəlxalq "Həcc, İslam dünyası, problemlər və həll yolları" konqresi keçiriləcək

8:59 - July 19, 2021
Xəbər sayı: 3490323
Konqresin keçirilməsində Qum Ali Dini Hövzəsinin iradə heyəti, İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatı (TƏQRİB) və İranın Həcc və Ziyarət Təşkilatı həmkarlıq edirlər.

 

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İslam dünyasının alim və mütəfəkkirlərinin iştirakı ilə İyul ayının 21-də beynəlxalq "Həcc, İslam dünyası, problemlər və həll yolları" konqresi keçiriləcək.

Beynəlxalq konqresdə "Böhran zamanı Həccin idarə edilməsi", "Həccə qoyulan məhdudiyyət və Həccin qarşısının alınması problemi və həlli yolları", "Həcc, İslam dünyasını vəhdətə aparan lokomativ", "Həcc və İslam dünyasının qlobal məsələləri, ziyalı insanların və müsəlman dövlətlərin məsuliyyətləri", "Həcc, Fələstin və İslam Müqaviməti", "Həca və İslami oyanış", "Həcc və qərbin media hücumu ilə mübarizə" və "Həcc və müşriklərdən bəraət" kimi mövzular müzakirə ediləcək.

Konqresin keçirilməsində Qum Ali Dini Hövzəsinin iradə heyəti, İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatı (TƏQRİB) və İranın Həcc və Ziyarət Təşkilatı həmkarlıq edirlər.

Konqresdə İslam dünyasının dini və mədəni təşkilatlarının nümayəndələri, o cümlədən İraq Əhli-Sünnə məzhəbinin alimi Mövləvi Xalid Molla, Livan Əhli-Sünnə Müqavimət Alimləri Birliyinin rəisi Şeyx Mahur Həmud, Hindistan Əhli-Sünnə alimlərinin rəhbəri Mövlana Übeydullah Xan Əəzəmi, Rusiyadan Taras Çerninko, Bəhreydən qəzet yazarı xanın Sündüs əl-Əsəd, Türkiyədən Həsən Qənatəli və digər tanınmış şəxsiyyətlər iştirak edəcəklər.   

Bu konqres Qurban bayramı günü Tehran vaxtı ilə saat 17:00-dan 20:00-dək "abarat.tv" saytı üzərindən onlayn yayımda keçiriləcək. / iqna

کنگره بین‌المللی حج، جهان اسلام، چالش‌ها و راه‌کارها برگزار می‌شود

Ad:
E-poçt:
* Comment:
* :