IQNA

10:43 - September 18, 2021
Xəbər sayı: 3490763
İranlı tələbə Ariana Nuri İsveçrədə keçirilən Beynəlxalq İxtiraçılar Konkursunda 3-cü yeri tutub. Xanım Nuri həmçinin İMT innovasiyalar və ixtiralar konkursunda da premiya laureatı olub.

İranlı tələbə Ariana Nuri İsveçrədə keçirilən Beynəlxalq İxtiraçılar Konkursunda (BİK) 3-cü yeri tutub.
Xanım Nuri həmçinin İntellektual Mülkiyyət Təşkilatının (İMT) innovasiyalar və ixtiralar konkursunda da premiya laureatı olub.

O, konkursda COVID-19 əleyhinə intellektual robot hazırlayıb. Həmin robot insanın bədən temperaturunu nəzarətdə saxlaya, yoluxma ilə bağlı diaqnoz qoya və sosial məsafəni müəyyən edə bilir. Robot həmçinin sosial məsafəyə əməl edilməməsi ilə bağlı xəbərdarlıq da edir.

Qeyd edək ki, İsveçrədəki BİK 20 iyul – 8 sentyabr tarixlərində onlayn formatda keçirilib. / irna

Ad:
E-poçt:
* Comment:
* captcha: