IQNA

23:01 - September 20, 2021
Xəbər sayı: 3490776
İraqın cənubundakı Zi-Qar vilayəti beş gündür ki, Bəsrə vilayətindən başlayan və Zi-Qar vilayətindən Kərbəlaya gedən İmam Hüseynin (ə) Ərbəin zəvvarının piyada yürüşünə şahid olur.
İraqın cənubundakı Zi-Qar vilayəti beş gündür ki, Bəsrə vilayətindən başlayan və Zi-Qar vilayətindən Kərbəlaya gedən İmam Hüseynin (ə) Ərbəin zəvvarının piyada yürüşünə şahid olur.
Zi-Qar əyalətinin mərkəzi Əl-Nasiriyyədən olan minlərlə Ərbəin zəvvarı da piyada yola çıxaraq, Kərbəlaya 270 kilometrlik yola başlayıblar.
İmam Hüseynin (ə) matəm alayları, heyətləri və xidmətçiləri yaşlı, gənc, qadın, uşaq olmaqla hər il Zi-Qar vilayətində zəvvarlara xidmət göstərməklə məşğuldurlar. Zi-Qarda zəvvarların sayı hər saat artır və önümüzdəki iki gündə ən yüksək səviyyəsinə çatacaq.
İraqın Əl-Musənna vilayətinin Səmava şəhəri də, iki gündən artıqdır İmam Hüseyn (ə) Ərbəin zəvvarlarını şəhərdə qarşılayıb qonaq edir. İmam Hüseynin (ə) matəm alayları, heyətləri və xidmətçiləri də bu yollarda dayanır və zəvvvarlara yeyəcək, içəcək və dərman, tibbi və s. xidmətlər göstərirlər. /maide.az/ 
 
 
 
 
 
 
 
 
 
 
 
Teqlər: Zi-Qar ، Bəsrə ، ، kərbəla ، ərbəin
Ad:
E-poçt:
* Comment:
* captcha: