IQNA

23:58 - September 22, 2021
Xəbər sayı: 3490797
Ərbəin zəvvarları Əl-Musənna vilayətinin sonuncu dayanacağı Əl-Rumeysə şəhərini keçdikdən sonra, Divaniyə vilayətinə çatıblar. Onlar şərqdəki Həmzə şəhəri ilə bu vilayətə daxil olublar.

Zəvvarlar Əl-Musənna vilayətinin sonuncu dayanacağı Əl-Rumeysə şəhərini keçdikdən sonra, Divaniyə vilayətinə çatıblar.

Divaniyəyə gedən yolda yerləşən Əl-Ardiyat, Əl-Tabu və Əbu Həbibat bölgəsindən keçən zəvvarlar, şərqdəki Həmzə şəhəri ilə bu vilayətə daxil olublar.

Divaniyə vilayətinin bir xüsusiyyəti var ki, bura Vasit vilayətindən gələn zəvvarlarla Bəsrə, Məysan və Musənna vilayətlərinin zəvvarlarının görüş nöqtəsidir.

İmam Hüseynin (ə) matəm alayları və xidmətçiləri zəvvarların keçdiyi bütün yolların kənarında öz xidmət yerlərini qururlar. Zəvvarlara pulsuz yemək, içəcək, qonaqlama, tibbi və s. xidmət göstərmək üçün hamısı bir-biri ilə yarışır. / əl-Kafeel

 

 

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: