IQNA

Misirdə keçirilən Beynəlxalq Quran Müsabiqəsinin qalibləri məlum olub

15:10 - December 16, 2021
Xəbər sayı: 3491388
Misir Vəqflər Nazirliyi 28-ci Beynəlxalq Quran Müsabiqəsinin qaliblərini elan edib.

"İQNA", "Əl-Yəvmus-Sabi" xəbər saytına istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyinin məlumatına görə, "Quran ayələrinin qiraəti və mənalarını dərk etməklə yanaşı Quranı tam əzbərləmək"dən ibarət müsabiqənin birinci mərhələsi ərəbdilli iştirakçılar üçün sona yetib.

Birinci-dördüncü yerə misirli Abdullah Əli Məhəmməd Məhəmməd, misirli Sara İmən Əhməd Musa, misirli İman Camal Faruq Həsən və liviyalı Əbdül-Həmid Abdulla Ömər layiq görülüb.

Ərəb dilini bilməyənlər üçün "Təcvidlə Quranın tam əzbərlənməsi" adlı müsabiqənin ikinci turunda Konqo Demokratik Respublikasından Əbu Bəkr Teşmala, Komor adasından Məhəmməd Əli Şanfi, nigeriyalı Əbdü-rRəhman Saleh, Çaddan Ali Ətiyyə İbrahim və Fil Dişi Sahilindən İsmail Drama birinci-beşinci yerləri tutublar.

Müsabiqənin üçüncü kateqoriyasına "Xüsusi ehtiyacı olan insanlar üçün Quranı əzbərləmək" daxil idi.

Həmçinin bu müsabiqənin dördüncü kateqoriyasında yeniyetmələr üçün "Qurani-Kərimi təcvidlə birlikdə əzbərləmək" daxil idi.

Bu müsabiqənin beşinci kateqoriyası "Məscid imamlarının xüsusi qiraəti və təfsiri ilə yanaşı Quranın tam hifzi"nə həsr olunub.

Qeyd edək ki, digər mərhələlərdə də qaliblər müəyyən edilib.

4021294

Ad:
E-poçt:
* Comment:
captcha