IQNA

Zambiyalı deputat islami geyim geyindiyi üçün parlamentdən qovulub

15:06 - December 18, 2021
Xəbər sayı: 3491398
Zambiya parlamentinin müsəlman üzvü islami geyim geyindiyi üçün parlamentdən qovulub.

"İQNA", "Lusaka Times"-a istinadən xəbər verir ki, Lumzi bölgəsinin nümayəndəsi Munir Zulu, parlament sədrinin fikrinə əsasən, geyindiyi paltarla Zambiya parlamentində geyim qaydalarını pozub.

Zulu bu ölkənin parlamentində geyim tərzinə zidd olan heç bir qaydaları pozmadığını bəyan edib. Çünki İslam paltarı olan əba, bu qanunlarda toqa (ənənəvi Afrika paltarı) kimi istifadə oluna bilər.

Zambiya Şərqi Afrikada yerləşir və ölkənin təxminən 18,5 milyon əhalisinin 55,000-i müsəlmandır.

4021534

Ad:
E-poçt:
* Comment:
captcha