IQNA

Həzrət İsanın (ə) mövludu münasibəti ilə Ali Məqamlı Rəhbərin İngiltərədəki nümayəndəsinin təbriki

15:37 - December 25, 2021
Xəbər sayı: 3491442
Ali Məqamlı Rəhbərin İngiltərədəki nümayəndəsi Seyyid Haşim Musəvi bu böyük ilahi peyğəmbərin bütün ardıcıllarını İsa Məsihin (ə) mövludu və Yeni il münasibətilə təbrik edib.

"İQNA"-nın İngiltərə İslam Mərkəzinə istinadən verdiyi məlumata görə, bu mesajın mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Böyük peyğəmbər və Allahın kəlamı İsa Məsihin (ə) mövludu və Yeni il münasibətilə  bütün Xristian və Müsəlman qardaş və bacıları habelə İbrahimi dinlərin digər ardıcıllarını təbrik edirəm. Uca Allahdan diləyirəm ki, bu Yeni il hamınız üçün sevinc və sağlamlıqla dolu bir il olsun.

Həmçinin Uca Allahdan diləyirəm ki, bu Korona xəstəliyinin şərrini Öz xüsusi lütfü və mərhəməti ilə bütün dünya insanlarından dəf etsin. Belə ki, bütün Allahın bəndələri bu rəhmət peyğəmbərinin mövludunun xüsusi ayinini Yeni il bayramı ilə birlikdə aramlıqla və inamla yerinə yetirə bilsinlər.

Ümid edirəm ki, əziz iman bacı və qardaşlarım, hamınız bu böyük və səmavi peyğəmbərin hidayətindən ilhamlanaraq sevinc, iman və mənəviyyat dolu bir həyat yaşamaq fürsəti əldə edəcəksiniz. Habelə o vəd edilmiş peyğəmbərin qayıdışı üçün zəmin yaradacaqsınız.

Siz və əziz ailələriniz üçün sağlamlıq, başıucalıq və izzət dolu günlər arzulayıram.

Britaniya İslam Mərkəzinin rəhbəri Seyyid Haşim Musəvi

4023327

Ad:
E-poçt:
* Comment:
captcha