IQNA

Yaponiyanın Səudiyyə Ərəbistanındakı səfirinin Qurani-Kərimə marağının səbəbi

17:35 - December 27, 2021
Xəbər sayı: 3491457
Yaponiyanın Səudiyyə Ərəbistanındakı səfiri Fumio İvai İslamı qəbul etməməsinə baxmayaraq, Qurani-Kərimə marağının səbəbi kimi ərəb dilini gücləndirməsini göstərib.

"İQNA", "Sputnik"-in Ərəb bölümünə istinadən xəbər verir ki, Yaponiya səfiri bazar günü, yanvarın 26-da öz rəsmi səhifəsində ərəb dili biliklərini gücləndirmək üçün Qurani-Kərimi, xüsusən də Əl-Fatihə surəsini dinləməyə başladığını bildirib.

İvai ərəb dilini təxminən otuz il əvvəl Misirdə öyrənib. O, bu ilin əvvəlində Səudiyyə Ərəbistanına səfir təyin edilib. O, bundan əvvəl 10 il Ər-Riyaddakı səfirin müavini vəzifəsində çalışıb.

O, əvvəllər ölkəsinin İraqdakı səfiri olub.

Fumio İvai o vaxt ərəbcə bir məqalədə Rəd surəsinin 11-ci ayəsinə istinad etmişdi. Ayədə belə deyilir: "Heç bir qövmü (və ümməti) onlar özlərində olanı dəyişmədikcə dəyişməz." O bu ayəyə istinad edərək yazmışdı: "Bu ayədə xalqların tərəqqi və rifah siyasəti izah edilir."

4023791

Ad:
E-poçt:
* Comment:
captcha