IQNA

Misir Qarilər Birliyinin Quran dərnəklərinin keçirilməsi ilə bağlı yeni qərarları

10:51 - December 30, 2021
Xəbər sayı: 3491475
Misir Qarilər Birliyi yas mərasimlərində Quran tilavəti ilə bağlı yeni qərarlar və birliyə üzvlük şərtlərini açıqlayıb.

"İQNA", "Əl-yəvm News"-a istinadən xəbər verir ki, Misir Qarilər Birliyinin prezidenti Şeyx Məhəmməd Heşad məlumat verib ki, həmkarlar ittifaqı şurası, yas mərasimlərində Quran tilavəti zamanı insanların səs salmasına icazə verilməməsi barədə qərar qəbul edib. Qarilər də bu qərarın icrasına diqqət etməlidirlər.

O, qanun pozucularının səlahiyyətli orqanlara təhvil verilməsinə toxunaraq deyib: "Həmçinin Qarilər Birliyinə üzv olan hər kəs Quranı bütövlükdə əzbərləməlidir və birlik üzvlərinə iş icazəsi veriləcək. Bu qərar bəzi Qarilərin şöhrət və qazanc dalınca getməsi ilə əlaqədardır və bu təhlükəli hadisədir.

Heşad, Qarilər birliyinə Quran oxuyan və əzbərləyən 9 min üzvün daxil olduğunu bildirərək deyib: "Biz Allahın kitabının hədlərini aşanlara qarşısında qətiyyətlə dayanacayıq. Öz əməllərində israr edən hər kəs qanuna uyğun olaraq dərhal cəzalandırılmaq üçün birliyin dəyərləndirmə komitəsinə veriləcək."

4024516

 

Ad:
E-poçt:
* Comment:
captcha