"İQNA", xəbər verir ki, İslamda evlilik çox bəyənilmiş bir işdir. İslam fiqhi baxımından evlilik, təkidli müstəhəb və bəzi hallarda vacib sayılır. İslam, nikahı qanuniləşdirməklə iffət və həyaya yetişməyi asanlaşdırır. Beləliklə, evliliyi cinsi ehtiyacların qarşılanmasının ən yaxşı və təbii yolu kimi tanıtdırır.
Bir çox cəmiyyətlərdə və son onilliklərdə baş verən sosial və mədəni dəyişikliklərə görə evlilik bir çox insan, o cümlədən müsəlmanlar üçün çətin bir işə çevrilib. İqtisadi məsələlər bir yana, düzgün həyat yoldaşı tapmaq həmişəkindən daha çətinləşib. Bu, düzgün həyat yoldaşını tapmaq üçün veb saytların yaradılmasına səbəb olub.
Lakin bu internet saytlarının xidmətləri müsəlmanlar da daxil olmaqla, hər kəs üçün uyğun və kafi olmaya bilər. Bu, qeyri-müsəlman ölkələrində İslam qanunlarına inanan bir çox müsəlmanın müsəlman həyat yoldaşı tapmasını çətinləşdirib.
Amma bu problemi müsəlmanlarla tanışlıq və evlilik üçün internet saytları vasitəsilə həll etmək olar. "Muzmatch" oxşar veb-saytların təcrübələrindən istifadə edərək və İngiltərədə yaşayan müsəlmanların ehtiyaclarını anlayaraq müsəlmanların həyat yoldaşı tapmasını asanlaşdırmağa çalışan internet saytlarından biridir.
"Muzmatch" 2011-ci ildə Şahzad Yunis tərəfindən hazırlandı. Bununla belə, bu internet saytı üç il idi ki, istifadəyə verilməmişdi. 2014-cü ildə Şahzad Morgan Stanley-dəki doqquz illik bank karyerasını tərk edib və kod yazmağı öyrəndi.
Nəhayət, 2020-ci ildə Covid-19 epidemiyası zamanı "Muzmatch" ilk dini izdivac platforması oldu.
Şahzad Yunis, "Muzmatch" haqqında izah verib ki, bu proqram Bəli və ya Xeyr (Tinder kimi) foto əsaslı proqram deyil. Onun məqsədi evlilik və münasibətlər axtaran və bu prosesə vaxt və enerji sərf etməyə hazır olan ciddi insanların məlumat bazasıdır.
4015563