IQNA

Qətər Xeyriyyə fondu bütün dünyada fəaliyyət göstərir

14:37 - January 12, 2022
Xəbər sayı: 3491554
Qətər Xeyriyyə Fondu dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələr həyata keçirib. O, bütün dünyada ehtiyacı olanlara, müharibə və təbii fəlakət qurbanlarına köməklik göstərilməsi istiqamətində mühüm rol oynayıb. Bu təşkilat məscid və Quran mərkəzlərinin tikintisində də fəallıq göstərib.

"İQNA", xəbər verir ki, 1984-cü ildə Dohada bir qrup Qətər xeyriyyəçisi qonşu ölkələrdəki müharibə və münaqişələr nəticəsində evsiz uşaqların sayının artmasından narahat idi. Buna görə də onlar bir araya gələrək yetimləri himayə etmək üçün Qətər Komitəsi adlı ictimai təşkilat yaradıblar.

Səkkiz il sonra, 1992-ci ildə bu təşəbbüsü genişləndirmək və fəaliyyətini ölkə daxilində və beynəlxalq səviyyədə genişləndirmək üçün"Qətər Xeyriyyə" adlı beynəlxalq qeyri-hökumət təşkilatı yaradıldı.

Təxminən qırx ildən sonra Qətər Xeyriyyə Fondu dünyanın ən böyük humanitar təşkilatlarından birinə çevrildi. İndiyədək münaqişə, zorakılıq, yoxsulluq və təbii fəlakətlərdən zərər çəkən insanlara yardım göstərib.

4027431

captcha