IQNA

21:46 - February 01, 2022
Xəbər sayı: 3491670
Misirdə "Port Səid" Beynəlxalq Qurani-Kərim müsabiqəsi gələn ay 66 ölkənin iştirakı ilə keçiriləcək.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Misirin Port-Səid əyalətində Qurani-Kərimin hifzi və dini ibadət üzrə beynəlxalq müsabiqə gələn ay 66 ölkədən nümayəndənin iştirakı ilə beşinci dəfə keçiriləcək.

Port Səid Əyalətinin İnformasiya Məsləhətçisi və 5-ci Port Səid Beynəlxalq Quran Müsabiqəsinin koordinatoru Adil Məsiləhi müsabiqənin tam təfərrüatlarını açıqlayıb.

O, deyib ki, bu yarış 2003-cü ildə Süveyşin üç əyaləti səviyyəsində başlamışdı. Sonra bu fikir yayıldı və Misir əyalətlərində keçirildi.

Adil Məsiləhi  qeyd edib ki, bu müsabiqəyə hər il bir məşhur qarinin adı verilir. Bu yarışa, Mərhum Ustad Mustafa İsmayılın adı verilib.

4032661

Teqlər: Misir ، Quran ، müsabiqə ، ölkə ، qari
Ad:
E-poçt:
* Comment:
* captcha: