"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, İordaniya Vəqflər Nazirliyinin İordaniya Qurani-Kərim Hifz Cəmiyyəti ilə bağlı elan etdiyi hökumət qərarları xalqın və ölkə şəxsiyyətlərinin tənqidinə səbəb olub. Bu qərara cavab olaraq İordaniyada bu əhali ilə genişmiqyaslı həmrəylik kampaniyasına start verilib.
İordaniyanın Vəqflər Nazirliyi keçən mart ayında uşaq Quran klublarının işini təşkil etmək üçün yeni göstərişlər verdi. İordaniyalılar bunu onların işlərində islahatlar deyil, həmin klubların bağlanması kimi gördülər.
İordaniya İslam Vəqfləri Nazirliyinin qərarları tanınmış iordaniyalı fəallar arasında geniş reaksiya ilə qarşılanıb. Onlar bu qərarı qəbul etmədiklərini bildiriblər.
4066202