IQNA

İmansız şəxslərin cəzası haqla-nahaqqı ayırma qabiliyyətini itirmələridir

9:57 - June 26, 2022
Xəbər sayı: 3492458
Qurani-Kərimin təlimlərinə görə, bəzi insanlar həqiqəti eşitmək və görmək qabiliyyətini itirirlər. Bu, haqq yoluna qarşı üsyankar və inadkar olan insanlara xas xüsusiyyətdir. Bu inadkarlığın və itaətsizliyin nəticəsi haqla-nahaqqı ayırma qabiliyyətinin itirilməsidir.

"İQNA", xəbər verir ki, Höccətül-İslam vəl-müslimin Əbdül-Əmir Sultani İmansız şəxslərin cəzası haqqında deyib:

Quranda qeyd olunan maraqlı məqamlardan biri də Allaha inanmayan və iman gətirməyən insanların haqla-nahaqqı ayırma qabiliyyətini itirməsi ilə bağlıdır. Bu məsələ Bəqərə surəsinin 7-ci ayəsində qeyd edilmişdir: "Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!".

Bu vəziyyət başqa metodlarla da ifadə edilmişdir. "Ğafir" surəsinin 35-ci ayəsində onlardan belə bəhs edilir: "Allah hər bir təkəbbür sahibinin, zalımın ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər!". Həmçinin "Casiyə" surəsinin 23-cü ayəsində buyurur: "(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?".

Bu ayələrdə insanda haqla-nahaqqı ayırma hissinin itirilməsi və idrak vasitələrinin iflasa uğraması kafirlik, təkəbbür, zülm, üsyankar nəfsə uymaq, ifadə olunan həqiqətə qarşı inadkarlıq və itaətsizlik kimi məsələlərlə bağlıdır. Əslində bu vəziyyət insanın hərəkətlərinin reaksiyasıdır.

Əsasən, insan səhv işlərə davam edərsə, buna öyrəşməsi təbiidir. Bu vəziyyət əvvəlcə "hal", sonra "adət" olur, sonra "davranış" olur və insanın bir parçası olur. Bəzən onun işi o yerə çatır ki, onun geri qayıtması mümkün olmur. Amma şüurlu şəkildə bu yolu seçdiyi üçün onun bütün nəticələrinə görə məsuliyyət daşıyır. Necə ki, şüurlu şəkildə gözlərini və qulaqlarını bir cihazla kor edir ki, heç bir şeyi görməsin və ya eşitməsin, bu çox vaxt geri dönülməzdir.

Bunun əksi də yaradılış qanunlarında kifayət qədər aydın görünür. Yəni, hər kim təqvalı, və doğru danışan olarsa, Allah onun haqla-nahaqqı ayırma hissini gücləndirər, ona xüsusi dərrakə, baxış və mərifət verər. Necə ki, "Ənfal" surəsinin 29-cu ayəsində oxuyuruq: "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər)".

4047289

Ad:
E-poçt:
* Comment:
* :