IQNA

Misirdə bir küçəyə misirli qari Şüəyşəyin adının verilməsi istənilib

8:25 - June 27, 2022
Xəbər sayı: 3492463
Mərhum və məşhur Misir Qarisi Şeyx Əbu Əl-Eyn Əş-Şüəyşeyin ailəsi və dostları ölkələrində onun adına küçə və ya meydanın verilməsini tələb ediblər.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Şeyx Əbu Əl-Eyn Əş-Şüəyşeyin nəvəsi Məhəmməd Əvəz Əl-Yəmani mətbuata açıqlamasında deyib ki, Mərhum Əş-Şüəyşeyin ailəsi və dostlarının bu məşhur Qarinin vəfatının 11-ci ildönümü münasibəti ilə ümumi istəyi odur ki, Kəfrul-Şeyx vilayətinin meydanlarından biri və ya "Bila" şəhərində onun doğulduğu yerin əsas küçələrindən biri onun adı ilə adlandırılsın.

O, Kəfruş-Şeyx valisindən Şeyx Şüəyşəyin qiymətli adının "Bila" şəhərindəki Əl-Əzhər dini institutu ilə yanaşı əsas meydanaa da verilməsini istəyib.

4066726

Teqlər: Misir ، qari ، Şüəyşəy ، Quran ، misirli qari
Ad:
E-poçt:
* Comment:
* :