"İQNA", "Be Saker"-ə istinadən xəbər verir ki, 2022-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçularının seçilmə mərasimi keçirilib. Seneqal millisinin hücumçusu və kapitanı Sadio Mane ilin ən yaxşı oyunçusu seçilib.
O, ikinci dəfədir ki, ilin ən yaxşı Afrika oyunçusu seçilir. O, Afrikada ilin adamı olmaq üçün misirli Məhəmməd Salah və həmyerlisi və "Çelsi"nin qapıçısı Eduard Mendi ilə girdiyi yarışdan qalib çıxıb.
Sadio Mane, mərasimdən sonra deyib ki, mən özümü heç bir oyunçu ilə rəqabət aparan görmürəm. Düşünürəm ki, media həmişə hər şeyi pis göstərməyə çalışır. Dünyada oynadığım hər bir oyunçu ilə yaxşı münasibətim var. Bunu oynadığım klubdan və ya haradadn istəsəniz, soruşa bilərsiniz.
4072532