“İQNA”, “Əlyəvmus-Sabi”-ə istinadən xəbər verir ki, “Qordaqə” muzeyində sayı 2000-dən çox olan Firon (qədim Misir sülalələrinin hökmdarları dövrü), Roma, Kopt (Qıpti xristianları), İslam və müasir dövrlərə aid müxtəlif tarixi əsərlər var.
Bu əsərlərdən biri də ilk dəfə olaraq bu muzeydə sərgilənən Osmanlı dövrünə və hicri 1259-cu ilə və miladi 1843-cü ilə aid qızılı rəngli nadir Quran nüsxəsidir.
Osmanlı dövründə bu Quranı yazan Seyyid Əli Ən-Nuri olub.
4075372