IQNA

BMT: "Taliban əzadarlıq edənlərin təhlükəsizliyini təmin etməyə cavabdehdir"

17:16 - August 07, 2022
Xəbər sayı: 3492685
BMT-nin Əfqanıstanın insan haqları üzrə xüsusi məruzəçisi dünən Kabilin qərbində baş verən ölümcül partlayışı dəhşətli adlandırıb və Taliban rəsmilərini əfqan vətəndaşlarının həyatını qorumaq üçün məsuliyyət daşıdığını bildirib.

"İQNA", Əfqanıstan şiə xəbər agentliyinə istinadən xəbər verir ki, BMT-nin Əfqanıstandakı insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennet tvitter hesabında 6 avqustda Kabildə baş verən partlayışı dəhşətli adlandırıb. Həmçinin bunu İŞİD-in məsuliyyəti üzərinə götürdüyü cinayət adlandırıb. Bu partlayış Məhərrəm əzadarlarını hədəf alıb.

O vurğulayıb ki, Taliban Əfqanıstan vətəndaşlarının həyatını qorumaq üçün məsuliyyət daşıyır və bu cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir.

Qeyd edək ki, bu partlayışda ən azı 8 nəfər şəhid olub, yaralananların sayı isə 42 nəfərə çatıb. Bəzi qeyri-rəsmi mənbələr bu partlayışın qurbanlarının daha çox olduğunu təxmin edir.

4076297

captcha