
İranlı müsəlman filosoflar tərəfindən hikmət barədə təriflər verilib ki, onların məzmunu Yunanıstandakı fəlsəfəyə çox yaxındır. Məsələn, deyilmişdir ki, “hikmət həqiqətə uyğun olan doğru qəziyyələrdir və onlara inanmaq insanın səadətə çatması üçün zəruri şərtdir”. Bu tərif müasir dövrdən əvvəlki dövrdə elm kimi öyrənilə bilən bütün bilikləri əhatə edirdi. Ona görə də İslamdan sonra İran fəlsəfi ənənəsində fəlsəfə, deyiləndən fərqli deyildi.
Bu mənada hikmət və fəlsəfə eynidir və iki nəzəri və əməli hissəyə ayrılır. Lakin fəlsəfə, irfan və dini elmlərdən qalan bəzi mətnlərdə hikmətlə fəlsəfə arasında fərq qoyulmuşdur. Bu fərqin kökü İslam dini sünnəsi ilə yanaşı, qədim İran təfəkkür sünnəsinə də dayanır.
Fəlsəfə yunan sözüdür, hikmət isə ərəb sözüdür. Filosof bilik aşiqidir. Fəlsəfənin mahiyyəti isə təfəkkür və rasionallıqdır. Hikmət də bilik və rasionallığı ehtiva edir və bunda istidlal vardır.
Filosoflar deyirlər ki, hikmət hər bir təvəhhümdən uzaqdır. Fəlsəfə ilə hikmət arasındakı ən mühüm fərq, hikmətin fəlsəfənin nəticəsi olmasıdır. Əgər kimsə filosofların bütün terminlərini öyrənib, bütün kitablarını oxuyubsa, amma əslində onlardan öz həyatında, təfəkküründə, inancında istifadə etmirsə, deməli, fəlsəfə onun üçün faydalı olmayıb.
Fəlsəfə nə qədər davranışda və danışıqda təzahür etsə, bir o qədər hikmətə çevrilmişdir. Hikmətin bu mənası təkcə əxlaqi bilikləri deyil, əməli əxalaqı da ehtiva edir. Əslində, Həkim o şəxsdir ki, fəlsəfənin məqsədi tam olaraq onda gerçəkləşmişdir. O, rasionallıq vasitəsi ilə özünü daim təkmilləşdirməyə çalışan kimsədir. İran hikməti də eyni hikmət mənasına çox yaxındır.
Quranın heç bir yerində fəlsəfə və ya filosof sözü yoxdur. Amma həm hikmət sözü var, həm də həkim sözü. Quranda hikmət Allahın bir sifəti kimi qeyd edilmişdir. Quran təfsirçiləri, Allahın gördüyü hər şeyin ən yaxşı olduğunu, dünya quruluşunun və Onun bütün məxluqatının gözəl bir şəkildə olduğunu demişlər. Allahdakı hikmət sifəti bu mənadadır.
Bəqərə surəsinin 129-cu ayəsində buyurulur: "Peyğəmbərlər insanlara hikmət öyrətmək üçün göndərilmişdir". Bəqərə surəsinin 231-ci ayəsində buyurulur: "Biz insanlara kitablar və hikmət nazil etdik. Bu o deməkdir ki, hikmət Allahın insanlara bəxş etdiyi bir şeydir". "Ali-İmran" surəsinin 164-cü ayəsində Allah insanlara peyğəmbər göndərmək üçün minnət qoyaraq buyurur: "Onları insanlara kitabı və hikməti öyrətmək üçün göndərdi". Bunlardan əlavə, bəzi hallarda Quran “Zikri həkim” və ya “kitabi həkim” kimi vəsf edilmişdir.
Quran hikmətin nəticəsini vurğulayır. Yəni insanların öyrəndikləri, Allahın hədəflərinə uyğun olduğu zaman (elçilərin göndərilməsindən və vəhydən və s.) dəyərli ola bilər. Burada fəlsəfənin məqsədi ilə Quranın məqsədinin ortaq bir məqsədə çatdığını, yəni adi bir insanı müdrik və əxlaqlı bir insana çevirmək olduğunu başa düşmək çətin deyil.
Bu, şübhəsiz ki, bu mənaya deyil ki, fəlsəfə də insanları namaz qılan etmək istəyir. Bu mənaya da deyil ki, Quran bütün insanları mütəfəkkir və filosof etmək istəyir. Bunların heç biri doğru deyil. Amma istər fəlsəfədə, istərsə də Quranda əxlaq normalarına hörmət edən, həyatın mənasını dərk edən, həyatın əsas məsələləri üzərində düşünən, ağılla qərarlar qəbul edən, digərlərinin haqqına riayət edən insan tərbiyəsinə xüsusi önəm verilir.
* "İQNA" ilə tədqiqatçı və fəlsəfə müəllimi Əli Məhcurun müsahibəsindən götürülmüşdür.
4074459