IQNA

Qurani-Kərimdə peyğəmbərlərin yuxusu

12:55 - September 21, 2022
Xəbər sayı: 3492958
Qurani-Kərimin müxtəlif hissələri ilahi peyğəmbərlərin, xüsusən də Allah Rəsulunun (s) həqiqi yuxuları məsələsinə toxunmuşdur. Bu da yuxu və yuxuların qəribə xüsusiyyətlərini və onun reallıq və məna dünyası ilə əlaqəsini göstərir.

Qurani-Kərim yuxu görməyin həqiqətini və onun təsirlərini mühüm və rəngarəng bir məsələ kimi gündəmə gətirir və müxtəlif yerlərdə ondan bəhs edir. Qurani-Kərimdə insanların - peyğəmbərlərin, padşahların və adi insanların yuxuları haqqında çoxlu ayələr vardır. Bu da mövzunun əhəmiyyətini və bu yuxuların insanların və cəmiyyətin həyatı ilə birbaşa bağlılığını göstərir.

Aşağıda Qurani-Kərimin təfərrüatlı və zərifliklə bəhs etdiyi Həzrət Məhəmmədin (s) yuxularına işarə edirik ki, bu məsələnin əhəmiyyəti daha da aydın olsun.

Peyğəmbərin (s) yuxuları

 

Qurani-Kərimin müxtəlif hissələri ilahi peyğəmbərlərin, xüsusən də Allah Rəsulunun (s) həqiqi yuxuları məsələsinə toxunmuşdur. Ayələrin tərcüməsi ilə yanaşı təfərrüatlı təfsirə də ehtiyacı var. Lakin mətndən uzaqlaşmaq istəmədiyimiz üçün onun təfsirinə daxil olmuruq. Ayələrin tərcüməsi ilə kifayətlənirik. Nümunə üçün üç ayəni qeyd edirik:

 

1_ "O zaman Allah röyanda sənə onları (düşmənləri) az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir! (Ənfal, 43).

2_ "And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi8. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir" (Fəth, 27).

3_ "(Ya Rəsulum!) Yadına sal ki, bir zaman sənə: “Rəbbin (Öz əzəli elmi və qüdrəti ilə) insanları ehtiva etmişdir (onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey edə bilməzlər!)” -demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (Cəhənnəmdəki zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik (görək sənin sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!" (İsra, 60). Rəvayət edilir ki, Rəsuli-Əkrəm (s) yuxuda Bəni-Üməyyənin keçi kimi minbərə çıxdığını gördü və bundan çox üzüldü və dedi: “Bəni-Üməyyə lənətlənmiş ailədir".

* Seyyid Mahmud Cavadinin qeydlərindən götürülmüşdür.

4082882

Ad:
E-poçt:
* Comment:
captcha